Türkiyə İŞİD-in Suriyadakı mövqelərinə növbəti zərbələr endirdi

 

Türkiyə artilleriyası və Hərbi-Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə növbəti zərbələr endirib.

Sozcu.info APA-ya isinadən  xəbər verir ki,  bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.

Məlumata görə, Türkiyənin Kilis şəhərinə Suriya ərazisindən raket zərbələri endirən terrorçuların mövqeləri radarlar vasitəsilə müəyyən edilərək "Fırtına” qaubitsaları və yaylım atəşi sistemlərindən məhv edilib.

Bundan başqa, Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus F-16 təyyarələri İŞİD-in Əl-Rai, İhtimalat, Əl-Əthaniyəh rayonlarındakı (Suriyanın şimal hissəsi) mövqelərinə zərbələr endiriblər. Əməliyyat nəticəsində çoxlu sayda terrorçu məhv edilib.

Qeyd edək ki, Türkiyənin Kilis şəhəri bu gün İŞİD-in Suriyadakı mövqelərindən atəşə tutulub. Nəticədə beşi uşaq olmaqla altı nəfər yaralanıb.



Oxşar Xəbərlər

Xəbər lenti