Türkiyədə FETÖ işi ilə bağlı daha bir general həbs edildi

 

Türkiyədə FETÖ (Fətullahçı Terror Təşkilatı) istintaqı ilə bağlı şübhəli şəxs kimi saxlanılıb şərti azadlığa buraxılan Vaşinqton Silahlı Qüvvələrinin keçmiş attaşesi, general Yavuz Çelik məhkəmə qarşısına çıxarılıb.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, o, məhkəmənin qərarı ilə həbs edilib.

Qeyd edək ki, FETÖ-nün iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdindən sonra ölkənin silahlı qüvvələrindən xaric edilmiş Yavuz Çelik Ankara Cümhuriyyəti Baş Prokurorluğu tərəfindən aparılmış istintaq zamanı sərbəst buraxılmışdı.

Yenidən məhkəməyə çağırılan Çelik məhkəmədə prokurorun qaldırdığı iddianın təsdiq edilməsindən sonra məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.



Oxşar Xəbərlər

Xəbər lenti