8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prosesə hakim Əfqan Hacıyev sədrlik edir. Bu günkü məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Əvvəlcə cinayət işinin 15-ci cildində FHN əməliyyat-istintaq idarəsinin rəisi Elçin Əsədovun Rüstəm Usubova məktubu elan edilib. (Virtualaz.org)
Həmin məktubda bildirilir ki, 2012-ci ilin oktyabr ayında Tibb Universitetinin yeni inşa edilən Cərahiyyə Korpusunda üzlük vurulması zamanı yanğın baş verib və həmin faktla bağlı ilkin araşdırma aparılması nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib.
Vəkil İlhamə Həsənova "yanğın baş verir, amma cinayət işinin başlanılması rədd edilir. Bunları da nəzərə alın" deyib. Hakim isə ittihamdan kənara çıxmaq səlahiyətində olmadığını bildirib.
Sonra Miryusif Mahmudov qısa arayış verib:
"Tibb Universitetinin Cərahiyyə Korpusunda baş verən yanğın balaca yanğın deyildi. Üzləmə işi ilə məşğul olan şirkətlərdə, həmçinin bizim şirkətdə güclü yoxlamalar apardılar. FHN bizdən də material nümunələri götürdü. Məlum oldu ki, Cərahiyyə Korpusundakı üzlənmə materialları Çindən gətirilib.Yoxlamalar nəticəsində Çin malının "Q 4" (normal yanan) bizim material isə "Q 2" (çətin yanan) olması müəyyən edildi. Əgər həmin vaxt bizim qəliblədiyimiz materiallar pis olsaydı bizə "dayandırın" əmri verilərdi. Həmin yanğın zamanı xəsarət alan da var idi, dövlətə ciddi ziyan da dəymişdi. Niyə Çin şirkərinin hər hansı bir işçisini, yaxud təsisçilərindən heç kimi bizim istintaq məsuliyyətə cəlb etmədi? Gücümüz çinliyə çatmadı? Və yaxud alkopanla üzlənən hər hansı bir bina yanarsa Yaponiyadan, ya da ki, Çindən alkopan istehsalçısınımı tutub gəturəcəklər?"
Hakim isə buna cavab olaraq hazırda Azadlıq prospektində yanan bina ilə bağlı işə baxdıqlarını, digər işlərə qarışmağa səlahiyyətləri olmadığını deyib:"Biz konkret bu işə baxırıq. Kimin günahı varsa cəzalandırılacaq, günahsız olana bəraət veriləcək".M.Mahmudov reaksiya verib: " İnşallah"
Bundan sonra təqsirləndirilən Qəzənfər Novruzovun (Binəqədi rayon icra hakimiyyəti başçısının keçmiş müavini) Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə yə göndərdiyi məktubu elan edilib. Məktubda üzləmə aparan şirkətin sertifikatının olub-olmaması ilə araşdırma aparılması MKTB dən istənilir. Məktub araşdırılıb, sertifakatların mövcud olduğu, onların Q.Novruzova təqdim edildiyi məlum olub. Q.Novruzovun vəkili Nüşabə Ağayeva müvəkkilinə verilən ittihamlarla razılaşmadığını bildirib: "Bu adam kiminsə əlindən tutub tikintini saxlaya bilməzdi axı".
Daha sonra 2013- cü ilin avqust ayında FHN-in Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı məktub elan edilib. Təqsirləndirilən Ədalət Rəcəbovun vəkili Xanlar Bayramzadə isə Binəqədi Rayon İcra Hakimiyyətinin işçisi Hacıbala Əkbərovun ifadəsinin elan olunmasını istəyib. H.Əkbərivun ifadəsi elan olunub. İfadədən belə məlum olub ki, Ə.Rəcəbovdan əvvəl üzləmə işləri aparılan ərəfədə memarlıq işlərinə Qüdrət Seyfullayev və Hacıbala Əkbərov rəhbərlik edib.
Bundan sonra prosesdə iş üzrə fiqurantlardan Uğur Bəşirovun vəkili Vüsal Hüseynov çıxıç edib. Vəkil bildirib ki, Uğur Bəşirov istintaq zamanı 4 dəfə ifadə verib. Hər dindirmə zamanı israrla bildirib ki, o "Global Stone" MMC -yə direktor təyin olunduğu vaxt, 2013- cü ilin iyun ayının 1-ə qədər həmun binada üzləmə işləri artıq başa çatıb: "Ötən prosesdə "Global Construction" direktoru İlqar Vəlyev bildirdi ki, üzləmə işləri başa çatdıqdan sonra fasad işıqlanmasına sərf olunan elektrik enerjisinin sərfiyyatının hesablanması üçün "Azərişıq" tərəfindən sayğac quraşdırılır. Hazırkı məktubdan da görünür ki, Uğur Bəşirovun mübahisələndirdiyi həmin hal bu məktubla bir daha öz təsdiqini tapmış olur".
Vəkil İlhamə Həsənova iş materiallarının 10- cu cildində Nərimanov rayon polis idarəsinin istintaq orqanına məktubunun elan olunmasını xahiş edib. Məktub elan olunub. Məktubdan görünür ki, 2015-ci ilin may ayının 16 – da (məlum hadisədən 3 gün əvvəl) " Global Construction" şirkətinin təmir etdiyi , Nərimanov rayonunda yerləşən Veteranlar Təşkilatının binasına bitişik tikilidə neftə hopdurulmuş kəndirlər sallamaqla qəsdən yanğın törətmək cəhdi baş verib. Yangın söndülüb və binaya keçməsinin qarşısı alınıb. Faktla bağlı cinayət işinin istintaqı aparılır.
Müdafiə tərəfinin vəsatəti ilə sədrlik edən hakim iş materiallarında olan " Global Stone" MMC – yə TÜV Avstriya beynəlxalq şirkəri tərəfindən verilmiş sertifikatı elan edib. Sertifikatdan görünür ki, "Global Stone" MMC -nin qəliblədiyi üzlük materialının keyfiyyətinə bu şirkət tərəfindən zəmanət verilir, həmçinin 2012-2013-cü illərdə üzləmə işləri bu şirkətin müşahidəsi və nəzarəti altında həyata keçirilib.
Hakim hadisə baş verən binaya bitişik yanğının başladığı yer kimi ehtimal olunan birmərtəbəli qeyri yaşayış sahəsinin mülkiyyətçisi Şakir Cabalovun istintaqa verdiyi 2015 -ci ilin iyun ayında vurduğu teleqramı elan edib. Sənəddən görünürür ki, Ş.Cabalov ona məxsus həmin qeyri -yaşayış sahəsinin texnikanın köməyi ilə naməlum şəxslər tərəfindən dağıdıldığından şikayət edir. Məhkəmə prosesi sabah davam edəcək.