İstanbulda terror törədən Qırğızstan vətəndaşı deyil- Yayılan foto və məlumat yalan çıxdı

İstanbulda terror törədən Qırğızstan vətəndaşı deyil- Yayılan foto və məlumat yalan çıxdı

 


Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları İstanbulda terror aktı törətməkdə şübhəli bilinən Yahya Maşrapovu sorğu-sual ediblər.

Bu barədə Azadlıq Radiosunun Qırğızıstan xidmətinə komitənin nümayəndəsi Rahat Sulaymanov məlumat verib.

Bundan əvvəl sosial şəbəkələrdə şübhəli şəxs kimi onun pasportdakı fotosu və "selfi"si yayılmışdı.

İstanbulda terror törədən Qırğızstan vətəndaşı deyil- Yayılan foto və məlumat yalan çıxdı

 

Sulaymanov sorğu-sualın detalları barədə açıqlama veriləcəyini deyib.

Maşrapovun özü Turmush.kg saytına müsahibəsində İstanbuldakı gecə klubunda törədilən terror aktı ilə heç bir əlaqəsi olmadığını bildirib. Onun sözlərinə görə, dekabrın 28-də İstanbula uçub, 30-da isə Qırğızıstana qayıdıb.

31 dekabrda Qırğızıstanda olub, 1-də yenidən İstanbula dönüb, 3-də isə yenidən Bişkekə qayıdıb.

"İstanbul hava limanında təyyarəyə oturdum. Bu vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları içəri girərək məni təyyarədən çıxardılar. Onlar məni 1 saat sorğu-suala tutdular. Nəticədə Bişkek reysi gecikdi. Onlar bunun Yeni il axşamı törədilən terrorla bağlı olduğunu dedilər və bildirdilər ki, şəkildə zahirən bir qədər cinayətkara oxşayıram. Üzr istədilər və məni yenidən təyyarəyə buraxdılar”, deyə Maşrapov bildirib.

Qeyd edək ki, Yeni il axşamı İstanbuldakı "Reina” gecə klubuna edilən silahlı hücumda azı 39 nəfər ölüb, 69 nəfərsə yaralanıb.

Yerli KİV-lər bundan əvvəl polisə istinadla hücum edənin Özbəkistan və ya Qırğızıstan vətəndaşı olması barədə məlumat yaymışdılar.



Oxşar Xəbərlər

Xəbər lenti