Ceyhan limanından satılan neftin həcmi açıqlandı

Ceyhan limanından satılan neftin həcmi açıqlandı
2015-ci ilin sentyabr ayı ərzində 2 milyon 783 min 180 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Bu həcmin 1 milyon 928 min 78 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

“Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 milyon 681 min 978 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 283 milyon 621 min 68 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb” - deyə, SOCAR-dan qeyd olunub.


Oxşar Xəbərlər

Xəbər lenti