Tiflis təhdid altında: Rusiya Qafqaza 30 BTR gətirdi

Tiflis təhdid altında: Rusiya Qafqaza 30 BTR gətirdi
Rusiyanın Abxaziyadakı hərbi bazasına 30 yeni BTR-82AM zirehli transportyoru gətirilib.

Bu barədə informasiyanı Rusiyanın Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. Yeni zirehli transportyorların üzərində 30 millimetrlik 2A72 topları və 7,62 millimetrlik pulemyotlar quraşdırılıb.

Qeyd edək ki, BTR-82AM, BTR-80 və BTR-80A zirehli transportyorlarının modernləşdirilmiş versiyasıdır.

Abxaziya Gürcüstanın tərkib hissəsidir. 2008-ci ildə Gürcüstan-Rusiya savaşından sonra Moskva Abxaziyanın müstəqilliyini tanıyıb. Bundan başqa Rusiya bir müddət öncə qondarma rejimlə müttəfiqlik müqaviləsi imzalayıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}