Xəzər üzərindən uçan təyyarələrə raket xəbərdarlığı

Xəzər üzərindən uçan təyyarələrə raket xəbərdarlığı
Beynəlxalq Aviasiya Federasiyası və bir sıra digər təşkilatlar İraq, İran və Xəzər dənizi üzərindən uçuşlar aparan aviaşirkətləri yaranacaq hərbi təhlükə haqqında xəbərdar ediblər. Bu barədə informasiyanı “Vol Strit Cornal” qəzeti yayıb. Aviasiya sferasının əməkdaşları Rusiyanın Suriyanı Xəzərdən kütləvi raket atəşinə məruz qoymasından sonra region üzərində uçuşlar zamanı ehtiyatlı davranmağa başlayıblar. Artıq bəzi təyyarələr öz uçuşlarını İran yerinə Səudiyyə Ərəbistanı və Misir üzərindən həyata keçirirlər. Qeyd edək ki, bir müddət Rusiya Suriyanı Xəzər dənizindən raketlərlə vurmuşdu. Həmin dövrdən məlumat yayan CNN buraxılan 26 raketdən 4-nün İran ərazisinə düşdüyünü bildirmişdi. Moskva və Tehran isə bu iddiaların hər birini inkar etmişdi.


Oxşar Xəbərlər

Xəbər lenti