Rusiyada təyyarə qəzasında azərbaycanlı biznesmen ölüb - YENİLƏNİB

Rusiyada təyyarə qəzasında azərbaycanlı biznesmen ölüb - YENİLƏNİB

 

Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib.

 

Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

 

N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət  ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub. 

 

***

 

saat 19.13

 

Bu gün Rusiyada təyyarə qəzasında həyatını itirən sərnişinlərin siyahısı dərc edilib.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, sərnişinlərin siyahısında Namiq Qəhrəmanov adlı şəxsin də adı yer alıb.

 

N. Qəhrəmanovun azərbaycanlı olduğu ehtimal edilir.

 

 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}