DTX-nın həbs etdiyi orqan alverçisi baş məşqçinin qardaşı imiş –Açıqlama

DTX-nın həbs etdiyi orqan alverçisi baş məşqçinin qardaşı imiş –Açıqlama

 

"Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşı Vahib Xudadatov həbs olunub.

O, DTX-nın əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilib.

Səbəb Xudadatovun vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqədə olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməsidi.

Məlumatı Elşad Xudadatov da təsdiqləyib. O, qardaşının belə bir əmələ əl atdığına inanmadığını bildirib: "Bəli, Vahib mənim qardaşımdı. Açığı, özüm də bilmirəm ki, niyə həbs olunub. Qardaşımla ayda bir dəfə görüşək, ya görüşməyək. Vahibin bir avtomobili var, taksi sürücüsü idi. Ailəsi yanına gedib. Hazırda harda olduğundan xəbərim yoxdu”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}