8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şikayətçi rayon icra başçısı Mehdi Səlimzadə həyat yoldaşının xatirəsinə hörmətsizlik edir:
"Xatırladım k, həyat yoldaşım Rüstəmov Vilayət Məhəmməd oğlu Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Vilayət Rüstəmov Ağdərə-Kəlbəcər döyüşlərində 701 saylı hərbi hissənin kəşfiyat komandiri olub. Ermənilərin atdığı top mərmisi posta düşən zaman həyat yoldaşım Vilayət şəhid olub. Həmin vaxt onun meyiti ələ gəlməz olduğundan bizə göstərmədilər. Döyüşçü yoldaşları onu elə orada dəfn etdilər. Özüm də Kəlbəcərin işğalı zamanı ağır yaralanıb, əlil olmuşam.
1993-cü ildən Göyçay rayonunun Potu kəndində məskunlaşmışıq.Həyat yoldaşım şəhid Vilayət Rüstəmovun qəbri işğal altındakı torpaqda olduğu üçün onu ziyarət edə bilmirik. Buna görə qərara aldıq ki, yaşadığımız evin yanında boş bir yerdə "Şəhid bulağı” inşa edək. Dövlətin ailəmizə verdiyi "şəhid pulu” ilə həmin bulağı inşa etdirdik. Bulağın tamamlanma işləri hələ yekunlaşmayıb.
Dünən 2 aprel 2018-ci il tarixdə – Kəlbəcərin işğalının 25-ci ildönümü yad edilən bir vaxtda Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadə bir qrup işçisini evimizə göndərib ki, "Şəhid bulağı” sökülsün. Dedilər ki, burada "Şəhid bulağı” inşa etmək olmaz, mütləq sökülməlidir".
Şikayətçi yazır ki, icra başçısı Mehdi Səlimzadənin bu tapşırığı ona anlıq erməni vəhşiliyini xatırladıb:
"Mən bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edirəm. Bu bulağı öz vəsaitimiz hesabına inşa etdirdik ki, ziyarət etməyə qəbri olmayan həyat yoldaşım şəhid Vilayət Rüstəmovun xatirəsini əbədiləşdirək. Çünki o, Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib, orden və medallarla təltif olunub. Biz bununla fəxr edirik, qürur duyuruq. Ancaq şəhidin ruhuna hörmətsizlik edən icra başçısı Mehdi Səlimzadə isə qanunsuz fəaliyyəti ilə fəxr edən kimi davranır. Cəmi 2-3 kvadrat metr yer nə böyük ərazi olub ki, onu şəhidə çox görür? Özü isə 2 ildə az qala Göyçayın yarsını zəbt edib. Bazar-dükanlar açır, insanları incidir, narazılıqlar yaradır".
Sonda o, mətbuat vasitəsi ilə prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevadan icra başçısının "Şəhid bulağı”nı sökdürməsinə imkan verməməyi xahiş edib.
Strateq.az