Etibar Pirverdiyevin adamları Qarabağ əlillərinə divan tutur

Mingəçevir İstilik və Elektrik Stansiyasında çalışan Qarabağ əlilləri, şəhid ailələri və veteranlar işdən çıxarılır. Onlara qarşı kampaniyaya başlanılıb.

sozcu.info xeber verir ki, bu barədə  Virtualaz.org saytına Qarabağ Azadlıq Təşkilatından məlumat veriblər.

Təşkilat prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir ki, imtiyazlı şəxslərin ixtisarına "Azərenerji” ASC-in prezidenti Etibar Pirverdiyevin yaxın adamı Gülağa Bəşirovun direktor təyin olunmasından sonra başlanılıb.

Belə ki, Gülağa Bəşirov direktor təyin ediləndən sonra Qarabağ əlilləri - aparıcı mühəndis Natiq Həsənovu, mühəndis Rəfail Cabbarovu, çilingər Əli Əliyevi, mühəndis Çingiz Nəzərovu, çilingər Bilal Qədirovu, çilingər Məhəmməd Ramazanovu, çilingər Seyfəddin Ağayevi, Qarabağ əlilinin həyat yoldaşı Sevda Rüstəmovanı, şəhidin həyat yoldaşı Mehriban Kərimovanı, Pərvanə İbrahimxəlilovanı, Mədinə Əliyevanı, Xatirə Məmmədovanı əmrlə işdən azad edib. Onların işdən azad olunması ixtisarla əlaqələndirilsə də, yalnız əlil və şəhid ailələrinin işdən çıxarılması maraqlıdır.

Təşkilat bəyanat verərək imtiyazlı ailələrin işdən çıxarılmasını tənqid edib. Qeyd edək ki, Əmək Məcəlləsinin tələblərinə görə, Qarabağ əlilləri, şəhid ailələri ixtisara salına bilməz.




Oxşar Xəbərlər

Xəbər lenti