Kamaləddin Heydərov keçmiş rəisə yüksək vəzifə verdi

Kamaləddin Heydərov keçmiş rəisə yüksək vəzifə verdiFövqəladə hallar naziri Kəmaləddin Heydərov keçmiş polis rəisi polkovnik Şahmar Paşayevə yeni vəzifə verib.

sozcu.info aznews.az-a istinadən xəbər verir ki, nazirin əmriylə Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi təyin edilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi Cahangir Qulamov isə Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə keçirilib.

Xatırladaq ki, polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsindən azad edildikdən sonra, o, bu ilin yanvar ayında FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə gətirilmişdi. Onun indi təyin olunduğu vəzifə FHN sistemində ən nüfuzlu vəzifələrdən biri hesab olunur.

Şahmar Paşayev DİN-də məşhur simalardan biri olub. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.


Oxşar Xəbərlər

Xəbər lenti