San-Marino yığmasının dünyaca məşhur rekordsmen futbolçusu-FOTO

San-Marino yığmasının dünyaca məşhur rekordsmen futbolçusu-FOTO

 

Futbol üzrə San-Marino yığması dünyanın ən zəif yığmalardan biri hesab edilir. Beləki bu cırdan ölkənin nə yığmasının, nə də klublarının beynəlxalq turnirlərdə heç bir nəaliyyətləri yoxdur. Hətta cırdan yığmanın tarixində beynəlxalq turnirlər çərçivəsində keçirilən oyunlarda bir dənə də olsun qələbəsi yoxdur. Əksər oyunlarda da qapısından çox qol buraxaraq biabırçı məğlubiyyətlərə uğrayıb. Bu fiaskoların ən  məşhuru bunlardı:

 

<!    1993-cü ildə Norveçə 0:10;

<      2001-ci ildə Belçikaya 1:10;

<!     2005-ci ildə Belçikaya 8:0;

<!     2006-cı ildə Almaniyaya 0:13;

 2     2010-cu ildə Polşaya 0:10;

<-    2012-ci ildə Niderlandiyaya 0:11;

<     2014-cü ildə Ukrayinaya 0:9.

Bunun müqabilində cırtanların seçmə mərhələlərdə cəmi 2 heç-heçəsi olub ki, onlardan biri 1993-cü ildə Türkiyə ilə qolsuz bərabərlik, digəri isə 2001-ci ildə Latviya ilə səfərdə əldə edilən 2:2 hesablı nəticədi. Cırtanlar yeganə qələbəsini 2004-cü ildə Lixtenşteyn yığması ilə yoldaşlıq görüşündə əldə ediblər.

Amma cırtdan ölkənin yığmasından çox onun hücumçusu Davide Qvaltyeridi dünya futbol tarixində daha çox tanınır. Ən maraqlısıda odur ki,  adı çəkilən futbolçu peşəkar yox həvəskar olub. 

1994-cü ildə ABŞ-da keçiriləcək DÇ çərçivəsində keçirilən seçmə oyunlarda, daha doğrusu 17 noyabr 1993-cü ildə Boloniyada şəhərində San-Marino millisi nəhəng İngiltərə ilə qarşılaşırdı. Meydanın mərkəzindən matça cırtanlar başlayır, sürətli hücumla rəqib qapısına yaxınlaşırlar. Bu yaxınlaşma nəticəsində İngiltərə yığmasının kapitanı Conotan Pirs kobud səhvə yol verdi və topu ələ keçirən Davide Qvaltyeridi qarşısıalınmaz zərbə endirərək, 8,3 saniyədə hesabı açır. Bu futbol tarixindəki (yığma səviyyəsindəki seçmə mərhələlərdə) ən tez vurulan qol oldu.  Düz 23 il Davide Qvaltyerinin rekordu dəyişməz qaldı, yalnız 10 oktyabr 2016-cı ildə Cəbəlütariq-Belçika matçında belçikalı futbolçu Kristian Benteke 8,1 saniyədə hesabı açaraq yeni rekorda imza atır. Beləliklə dünyanın ən zəif yığmalardan birinin hücumçusu dünya futbolu tarixinə düşür. Matçdan sonra Davide Qvaltyeri rəqib komandanın kobud səhv edən  futbolçüsu Conotan Pirslə futbolkalarını dəyişirlər. O, ümumilikdə cırtdan yığmanın heyətində cəmi 9 oyunda meydana çıxıb, yeganə qoluda yuxarıda qeyd etdiyimiz matçda vurub.

Hal-hazırda 47 yaşlı Davide Qvaltyeri öz doğma vətənində yaşayır və Kompüter satışı, təmiri ilə məşğul olan firma sahibidi.

Davide Qvaltyerinin qolunnu aşağıdakı linkdə izləyə bilərsiniz.

Abdulla İsmayıloğlu,

"Yeni Sözçü" qəzeti

https://www.youtube.com/watch?time_continue=40&v=rZS2aLl80wM

 

San-Marino yığmasının dünyaca məşhur rekordsmen futbolçusu-FOTO

                                   

Davide Qvaltyerinin qol sevinci

 

San-Marino yığmasının dünyaca məşhur rekordsmen futbolçusu-FOTO

 

Veteran futbolçu Davide Qvaltyeri kobud səhv edərək onun qol vurmasına şərait yaradan İngiltərə yığmasının keçmiş kapitanı Conotan Pirsin futbolkasını təqdim edərkən


 


 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}