8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Futbol barış oyunur, insanları dostluğa, qardaşlığa səsləyir”.
Bu məşhur ifadə gözəl səslənsə də, bir çox hallarda elə gözəl səsləndiyi kimi əməldə həyata keçirilib dövlətlər arasında barış, xalqlar içində qardaşlıq-dostluq nümunəsi ola bilmədi, bilmir və bilməyəcəkdə.
İmperialist Qərb dövlətləri yaşıl meydanlarda nümayiş olunan idmanın şahın bir çox hallarda hərbi, siyasi gücünün bir qolu kimi nümayiş etdirir. Qısası futbolun yaşıl meydançası siyasi, hərbi poliqonlara çevrilir.
İmperialist İngiltərə də 1966-cı ildə ev sahibliyi etdiyi futbol üzrə Dünya Çempionatında futbolu siyasi poliqonu çevirməyə cəhd göstərdi və qismən də olsa istəyinə nail oldu.
Bu cür idman adına yaraşmayan addımın atılmasının əsas səbəbi bizlərə Şimali Koreya kimi təbliğ olunan ( qərb imperializmi nəticəsində ), rəsmi adı isə Koreya Xalq Demokratik Respublikası olan dövlətin DÇ-kı iştirakıyla bağlı idi. Beləki, imperialist dövlətlər bloku olan ABŞ, Fransa, İngiltərə (B. Britaniya) və əksər kapitalist dövlətlər nəyin bahasına olursa-olsun bu gənc sosialist dövlətini mundialdan kənar qoymaq istəyirdi. Çünki onlar Koreya yarımadasında KXDR-ın ərazi bütövlüyünü, suverenliyini qəbul etmək istəmir, yalnız paytaxtı Seul olan ABŞ-ın yaratdığı marionet Koreya Respublikasını tanıyırdılar. Başda SSRİ olmaqla sosialist bloku ölkələri bu cür ayrı seçkiliyə görə mundialı baykot edəcəklərini açıq bəyan etdikdən sonra İngiltərə güzəştə getmək məcburiyyətində qalır. Lakin bu güzəşt də öz-özlüyündə KXDR-ə qarşı mənəvi terrorsuz yan keçmir. Beləki, gənc koreya dövlətinə aşağıdakı şərtlə DÇ iştirakına icazə verilir:
İngiltərə KXDR müstəqil, suveren dövlət kimi tanımır, lakin həmin ölkəni təmsil edən yığmanın iştirakına razılıq verir;
İştirakına icazə verilən yığma KXDR kimi deyil, Şimali Koreya yığması adı altında iştirak etməliydi.
Bu iki şərtdən başqa rəsmi London ABŞ və onun əlaltısı olan Cənubi Koreya tərəfindən etiraz-boykotdan ehtiyat edərək, KXDR-in dövlət himninin səslənməsinə yol verməmək üçün belə qərar çıxarır ki, yalnız mundialın açılış və final oyunuda iştirak edəcək dövlətlərin himnlərinin səslənməsinə icazə verilir. Buyurun buda demokratiya, insan hüquqları, başqa dövlətlərin daxili işinə qarışmama kimi beynəlxalq hüququ kobudcasına pozan, və bizlərə ən parlaq demokratik dövlətlərdən biri kimi təbliğ olunan dumanlı albionun gerçək siması...
Adı çəkilən "dövlətlərin” gənc Koreya dövlətinə bü cür "qonaqpərvər” münasibəti və mundialda ilk dəfə iştirak edən koreyalılar Vətənlərinin parçalanmasında əvəzsiz xidmətləri olan Qərb və kapitalist dövlətlərini öz oyunları ilə heyrətləndirməliydilər. Bu mundialda KXDR-in ən qatı düşməni olan ABŞ iştirak etməsə də onun müttəfiqləri Fransa, İngiltərə, AFR-sı kimi NATO blokunun üzvü olan dövlətlər iştirak edirdilər. Adı çəkilən dövlətlər Koreya müharibəsi zamanı marionet Cənubi Koreyaya öz "sülh məramlı” hərbi birlikləriylə dəstəyini əsirgəməmişdi. Odur ki, koreyalılar üçün bu yalnız futbol oyunu deyil, 16 il əvvəl başladılmış müharibənin yaşıl meydana köçürülərək yenidən başlanması demək idi. Odur ki, onlar düşmən dövlətləri üzərinə yalnız nümayiş etdirəcəkləri mübariz oyunlarıyla zəfər qazanıb qisaslarını almalıydılar. Koreyalı futbolçuları İngiltərəyə yola salan zaman KXDR-in Prezidenti Kim İr Sen onlara belə müraciət etdi: Bütün Asiya və Afrikanın məzlum xalqlarını sizlər təmsil edirsiniz ona görə də mümkün qədər bizi və iki qitəni layiqincə təmsil edin.
Həqiqətən də bu mundialda Afrika qitəsindən heç bir dövlət təmsil olunmayıb, Asiyadan isə bir təmsilçi olub ki, o da KXDR olub.
Bütün dövlətlərin gözündə koreyalılar debütant olmaqlarıyla yanaşı yeganə autsayder də hesab olunurdular.
Mundialda KXDR 4-cü qupda yer aldı. Bu qrupda koreyalılarla yanaşı2 qat DÇ olan İtaliya, 1962-ci il DÇ-ın bürünc mükafatçısı və Amerika Kubokunun 3 qat bürünc, 2 qat gümüş mükafatçısı Çili, nəhayət son Avropa çempionu SSRİ kimi güclü yığmalar yer alırdı. Odur ki, belə güclü qurupda yer alan autsayderin nəyinki möcüzə edib bir xal qazanacağı, heç bir qol vura bilmədən, qapısında çoxsaylı qollar görərək mundialı biabırçı məğlubiyyətlərlə tərk edəcəyi vurğulanırdı. Demək olar ki, hamı bu düşüncədəydi.Qrupdakı ilk matçını koreyalılar 12 iyul 1966-cı ildə böyük qonşusu və "qardaşı” hesab etdikləri SSRİ-yə qarşı keçirdilər. Oyun "böyük qardaşın” 3-0 hesablı qələbəsiylə yekunlaşdı. Onuda qeyd edim ki, bu oyunun Azərbaycan və bütün azərbaycanlı futbol azarkeşləri üçün də əlamətdar hadisə kimi tarixə həkk oldu. Beləki, bu oyunda Neftçi klubunun əfsanəsi, həmyerlimiz Anatoli Banişevski SSRİ yığmasının start heyətində yer alaraq, matçın 33-cü dəqiqəsində sovetlərin ikinci qolunun müəllifi olur.
Qrupun ikinci oyununda koreyalılar Çili yığması ilə oyuna çıxır. Oyunun 28-ci dəqiqəsində latın amerikalılar hesab açsalar da, koreyalılar mübariz oyunları nəticəsində maçın 88-ci dəqiqəsində Pak Sın Cinin qolu sayəsində hesabı bərabərləşdirərək, oyunun taleyini həll edir. Bununla koreyalılar ilk qolunu və xalını qazanırlar. Beləliklə koreyalılar İngiltərə mətbuatında və azarkeşlər arasında müzakirə obyektinə çevrilir.
Sonuncu oyun nəhəng İtaliya yığmasına qarşı idi. Hər kəs koreyalıların darmadağın olacağına əmin idilər. 19 iyulda matçın start fiti verildi. Hamının gözlədiyi kimi maç squadra-abzuranın kəsərli hücumlarıyla başladı. Koreyalılar inadla müqavimət göstərməklə yanaşı əks hücumlarla da italyanlara həyəcanlı anlar yaşadırdılar. Oyunun kuliminasiya nöqtəsi 42-ci dəqiqədə baş verir, topu ələkeçirən Pak Du İk qarşısı alınmaz zərbə endirərək italyanların torunu sirkələyir. Nəticədə bütün Midlsbro şəhərinin Eyrsom Park stadionunu heyrətləndirərək ayağa qaldırır. Birinci hissə bu hesabla bitir. İkinci hissədə squadra-abzurra nə qədər kəsərli hücumlar edərək, 100%-li qol imkanları əldə etsələr də koreyalıların qapıçısı Li Çanq Munq alınmaz qalaya çevrilir. Hakimin final fiti koreyalılarının qələbəsini rəsmləşdirir. Azarkeşlər heyrət içində olsalar da koreyalıların nümayiş etdirdiyi mübariz oyun və qələbəsini ayaq üstündə alqışladılar. Bütün İngiltərə və dünya mətbuatı bu qələbədən yazır, radio-televiziya bu hadisədən danışırdı. İtalyanın bu məğlubiyyəti 3 may 1949-cu ildə "Turin” futbol klubunun təyyarə qəzasına uğrayaraq klubun bütün şəxsi heyətinin ölümü ilə nəticələn fəlakətdən sonra ikinci fəlakətə çevrildi. Əgər birinci fəlakət bədbəxt hadisə idisə, ikinci rüsvayçı fəlakət kimi qiymətləndirildi. Bu məğlubiyyətdən sonra mundialı vaxtından tez tərk edərək vətənlərinə qayıdan italiyalı futbolçula və yığmanın idarə heyətini hava limanında azarkeşlər yumuta-pomidor atəşinə tutuldular.
Squadra-abzurra üzərində parlaq qələbədən sayəsində koreyalılar qrup ikincisi olaraq, ¼ final mərhələsinə yüksəlirlər.Eyni zamanda bu qrupun birincisi SSRİ olduğundan, qrupdan qalib çıxan hər iki komanda sosialist dövlətləri olur.
¼ final mərhələsində koreyalıların rəqibi "Avropanın Braziliyası” adlandırılan güclü Portuqaliya yığması olur. Artıq hamı koreyalıların asam yem olmadıqlarını anlamış, portuqaliyalıların asan qələbə qazanacağına əminliklə dilə gətirməyə cürət edə bilmirdilər.
Bu matç 23 iyulda Liverpulun Qudson Park stadionunda baş tutur.
Oyun başlayır. Artıq maçın 1-ci dəqiqəsində Pak Sın Cin hesabı açaraq, portuqaliyalıları mərkəzə dəvət edir və stadionu ayağa qaldırır. 22-ci dəqiqədə Li Don Un fərqi ikiyə qaldırır. Cəmi 3 dəqiqə sonra Yan Sın Quk üçüncü dəfə portuqaliyalıları məyus edir. Portuqaliya komandası və ağzına kimi dolmuş stadion şok içindədi. Bu cür nəticəni heç kim gözləmirdi. Qısası ilk 25 dəqiqə meydanda yalnız bir komanda olur – Şimali Koreya!
Tədricən toparlanmağa çalışan portuqallar 27-ci dəqiqədə Eysebiyonun qolu ilə fərqi 2-ə endiri. Qarşılıqlı hücumlarla davam edən matçın 43-cü dəqiqədə koreyalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edilir, Eysebiyo 2-ci dəfə topu rəqib qapısına göndərək fərqi 1-ə endirir. Birinci hissə koreyalıların qələbəsiylə bitir.
İkinci hissə portuqaliyalıların kəsərli hücumları ilə başlayır, koreyalılar isə əks hücuma üstünlük verirlər. 56 və 59-cu dəqiqlərdə Eysebiyonun qollarıyla hesab 4-3 olur. Ruh yüksəkliyini ələ keçirən Portuqaliya oyuna diqtə edən tərəfə çevrilir. Matçda son nöqtəni 80-ci dəqiqədə Joze Auquştu qoyaraq yekun hesabı təyin edir: 5-3.
Koreyalıların hesabda irəli olaraq məğlub olmalarının əsas iki səbəbi var. Birinci fiziki cəhətdən rəqibinə uduzmaları, ikinci isə beynəlxalq dərəcədə oyun təcrübələrinin olmaması. Məhz bu təcrübənin olmaması sayəsində koreyalılar topa nəzarət, vaxt udmaq kimi taktiki fəndlərdən istifadə edə bilmədilər. Bir maraqlı məqamıda diqqətinizə çatdırım ki, Koreya yığmasının heyətində orta boy hündürlüyü 162 sm, ən hündür boylu futbolçu isə 168 sm boya malik yığmanın əsas qapıçısı Li Çanq Munq idi. Bu yığma mundialın ən bəstəboy yığması idi. Lakin buna baxmayaraq koreyalılar boylarından hündürə tullanaraq tarix yazmağı bacardılar.
Bu məğlubiyyətə baxmayaraq koreyalılar dumanlı albionu başı uca tərk edirlər. Hətta DÇ-na təşrif buyuran bütün futbol azarkeşləri koreyalıları alqış sədalakı ilə yola saldılar.
Koreyalılar, onlara qarşı mənfi münasibətlər bəsləyərək ictimaiyyət qarşısında onları gözdən salmaq istəyən bütün qüvvələrin istəklərini gözlərində qoyararaq, özləri haqqında 180 dərəcə fərqli münasibət bəslənilməsinə nail oldular. Mundialda bu cür uğurlu çıxışı ilə koreyalılar düşmənlərinə ən ağır zəbələr vurdular. Bununlada koreyalılar dünyaya səs saldılar.
1966-cı il DÇ-da iştirak edən Şimali Koreya millisinin start heyəti
Koreyalılar İtalya yığması üzərində qələbənin sevincini belə paylaşırlar
Bu yazını yazmaqla oxuculara, xüsusiylə də Qərb imperializminin təsirinə düşən gəclərə bildirmək istəyirəm ki, Şimali Koreya adında dövlət yoxdur, başkəndi Pxenyan, lideri Kim Çen In olan Koreya Xalq Demokratik Respublikası var. Bu dövlət haqqında bizlərə çatdırılan məlumatlar BBC, CNN kimi kanalların uydurmalarından başqa bir şey deyil. Bu dövlət mövcud olduğu 70 illik tarixi ərzində heç xarici ölkənin ərazisinə hücum etməyib, Azərbaycanda daxil olmaqla 3-cü dünya ölkələrində münaqişə, qiyam, çevriliş, separatçılıq kimi fəaliyyətlər də əli olmayıb və ya maliyələşdirməyib. Bu sadaladıqlarımı həyata keçirən ABŞ, Britaniya, Fransa kimi imperialistlər blokudu. Ona görə də yaxşı olar ki, ABŞ başda olmaqla bütün Qərb imperializminin təbliğatına aldanıb bu ölkəyə ikrah, nifrət hissi bəsləməkdən əl çəksək yaxşı olar.
Ən azından KXDR və bu kimi dövlətlərin tarixlərini obyektivliklə mütaliyə etsək, təhrif olunmayan, həqiqətə uyğun faktlardan xəbərdar ola bilərik.Nəticədə həqiqətən hansı dövlətlərin qaniçən imperialist, xalqlara qarşı kütləvi qırğınlar törədən olduğunu anlaya bilərik.
Abdulla İsmayıloğlu,