8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Əfqanıstanın Fəryab əyalətinin mərkəzi Meymənə şəhərinə gedən təhlükəsizlik qüvvələrinin 350 əməkdaşından ibarət qrup pusquya salınıb.
AZƏRTAC TOLO news telekanalına istinadla xəbər verir ki, yerli hökumət nümayəndələri toqquşmaların davam etdiyini bildirirlər.
Bir qədər əvvəl "Taliban” hərəkatının ölkənin şimal-qərbində yerləşən Fəryab əyalətindəki hərbi hissələrdən birini ələ keçirdiyi barədə məlumat yayılmışdı. Yerli KİV-lərin verdiyi məlumata görə, hücum nəticəsində Əfqanıstan ordusunun azı 17 hərbçisi həlak olub, 12 əsgər isə yaralanıb. Hücum zamanı bazada olan onlarla hərbçinin taleyindən isə xəbər yoxdur.
2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu "Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.