27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Azərbaycanın sərhəd qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində yerləşdirilməsinin açıqlanmasının ardınca Yerevanda yaranmış panika səngimir.
Sozcu.info xəbər verir ki, bu dəfə erməni hərbi ekspert, keçmiş müdafiə naziri Seyran Ohanyanın müşaviri olmuş David Camalyan "168 jam” qəzetinə müsahibəsində mövzunu şərh edib. Onun fikrincə bu addım Azərbaycanın Qarabağı geri almaq üçün yeni hücum əməliyyatlarına başlamağa hazırlıq görməsinin əlamətidir.
"Azərbaycan Qarabağa qarşı hücuma hazırlaşır və prinsipcə istisna etmək olmaz ki, formalaşdırılan hücum qruplaşmasına onların 3-cü ordu korpusunun bölmələri də daxil ediləcək. İndiki halda prinsipial olaraq bunu qeyd etmək vacibdir: Azərbaycanda həm daxili qoşunlar, həm sərhəd qoşunları Qarabağa mümkün hücum zamanı onların döyüş əməliyyatlarına tam cəlb edilməsi nəzərə alınmaqla təşkil olunub. Yəni Azərbaycanın sərhəd qoşunlarının qismində təkcə sərhədlərin qorunması funksiyasını həyata keçirən struktur kimi deyil, qarşısında həm də döyüş vəzifələrinin yerinə yetirilməsi dayanan tammiqyaslı döyüş vahidi kimi görmək lazımdır. Ona görə də biz arxayın olmalı deyilik ki, sərhədin şimal-şərq hissəsində daha sakitlik olacaq”-Camalyan deyib.
Erməni hərbi ekpert onu da bildirib ki, Ermənistan nəinki 5 rayon, heç bir qarış torpaq da geri qaytarmamalıdır. Onun sözlərinə görə, hansı hakimiyyət Azərbaycana torpaq qaytarmağa razılıq versə dərhal populyarlığını və legitimliyini itirəcək. David Camalyan Belarus prezidenti Aleksandr Lukaşenkonun Dağlıq Qarabağ ətrafındakı 5 rayonunun boş olduğu haqda dediklərinin "düzgün olmadığını” bildirib. Deyib ki, həmin rayonlarda, o cümlədən Zəngilan, Füzuli və Cəbrayılda "onlarla erməni yaşayış məntəqələri” salınıb.