15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafinin Livan həbsxanasında saxlanılan oğlu Hannibal Qəddafi saxlanma şərtlərindən danışıb.
Trend-in məlumatına görə, RİA Novosti agentliyinə müsahibə verən H.Qəddafi sağlamlığından şikayət edib. O, belində və sinəsində ağrıların olduğunu bildirib və BMT-dən onun üçün həkim briqadasının göndərilməsini istəyib. Müəmmər Qəddafinin oğlu onu ziyarət etməyə gələnlərin də həbsxanaya buraxılmadığını deyib.
Qeyd edək ki, Hannibal Qəddafi 2015-ci ildə Livanda həbs olunub.