8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Liviyada bir neçə ildir Benqazi şəhərini və ətrafını nəzarətdə saxlayan feldmarşal Xəıif Haftarın komandanlıq etdiyi "Liviya Milli Ordusu” paytaxt Tripolini tutmaq üçün sürətlə irəliləyir.
Sozcu.info xəbər verir ki, feldmarşal Haftarın ordusunun Tripoliyə dünən başlayan hücumunun nəticəsində artıq paytaxtdan 80 kilometr cnubdakı strateji əhəmiyyətli Qaryan şəhəri ələ keçirilib.
Haftarın ordusu Tripolini mühasirəyə almaq üçün cənubdan və qərbdən irəliləyir. Feldmarşalın qoşunları Qaryanı tutduqdan sonra daha 20 kilometr irəliləyiblər və Tripolidən 60 kilometr məsafədə gecə istirahəti üçün dayanıblar. Bu gün səhər saatlarından etibarən hücum əməliyyatları davam edir. Eyni zamanda paytaxt Tripolidə BMT-nin tanıdığı qanuni hökumətin müdafiəsi üçün xalq özünümüdafiə dəstələri yaradılır.
Qaryan Tripoliyə gedən yolun üzərində, sahilyanı düzənliyin başlanğıcında mühüm əhəmiyyət daşıyan şəhərdir. Əgər Haftarın ordusunun hücumu ləngisə yaraqlılar bu şəhərdə möhkəmlənə və yendən qruplaşa bilərlər.
2014-cü ildə Haftar Qəzzafinin ordusunun qalıqlarını toplayıb və 2017-ci ildə ölkənin şərqindəki Benqazi şəhərini tutub. Bundan sonra zəngin neft yataqlarını ələ keçirib. Tərəfdarları onu "yeni Müəmmar Qəzzafi” kimi görürlər. Haftar Misirdən və Birləşmiş Ərəb Əmirliklərindən dəstək alır. Bu ölkələr radikal islamçılara qarşı Xaftarı əsas dayaq kimi görürlər.
Bu gün BMT Təhlükəsizlik Şurası Liviyada yaranmış vəziyyətlə bağlı təcili iclasa toplaşacaq. İclası Böyük Britaniya çağırıb. Habelə Baş katib Antonio Qutteriş Liviyada şəxsən Haftarla görüşməyə hazırlaşır.
Liviyada baş verənlərin və Xaftarın Tripoliyə hücumunun arxasında Rusiyanın əlinin olduğu ehtimalları da var. Feldmarşal Haftar 2017-ci ildə Aralıq dənizindəki Rusiya hərbi gəmisinin göyərtəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşmüşdü. 2018-ci ilin noyabrında isə Haftar Moskvaya gəlib və Şoyqu ilə danışıqlar aparıb. Bu görüşdən yayılan rəsmi videoda jurnalistlər "Kremlin aşbazı” kimi tanınan oliqarx Yevgeni Priqojini görmüşdülər. O, "Vaqnerin ordusu” kimi tanınan özəl hərbi şirkətinin sahibi kimi tanınır. Bu ilin martında Britaniya KİV-ləri "Vaqnerin ordusu”nun Haftarın qüvvələrinin tərəfində döyüşdüyü haqda yazmışdı. Bildirilirdi ki, Rusiya Liviyaya yüzlərlə muzdlu göndərib.