Türkiyə mənbələri: “Azərbaycan ordusu 5 kilometr irəliləyib”

 

Azərbaycan ordusunun Naxçıvan Ümumqoşun birləşməsinin Ermənistanla sərhəd istiqamətində neytral bölgədə mövqelərini irəli çəkməsi və yeni strateji yüksəklikləri tutması barədə Türkiyə qaynaqları da məlumatlar yayır.

Sozcu.info  xəbər verir ki, "Yeni Akit” qəzetinin yazdığına görə Azərbaycan ordusu neytral bölgədə 5 kilometr irəliləyib, nəticədə böyük ölçüdə ərazilər ordumuzun nəzarəti altına keçib.

"Sosial mediada yayılan xəbərlərə görə Azərbaycan ordusunun Naxçıvan istiqamətində yeni mövqelər tutması böyük əməliyyatın başlanğıcı ola bilər. Deyilənlərə görə Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Movses Akopyanın vəzifədən azad edilməsi də bu hadisə ilə bağlıdır”-qəzet yazır.

*   *   *13:38

Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycan ordusunun Naxçıvan Ümumqoşun birləşməsinin mövqelərini irəli çəkərək yeni strateji yüksəkliklərdə möhkəmlənməsinə münasibət bildirib. Virtualaz.org xəbər verir ki, Tonoyan bu məsələ ilə bağlı günlərdir Ermənistan cəmiyyətində hökm sürən təşvişi yatırmağa çalışıb. Bildirib ki, narahatlıq üçün əsas yoxdur və Ermənistan ordusu sərhədin Naxçıvan istiqamətində "vəziyyətə nəzarət edir”.

"Əslində azərbaycanlılar öz ərazilərində yeni mövqelər yaradıblar”-Tonoyan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

Müdafiə nazirinin sözlərinə görə vəziyyəti "ayıq dəyərləndirmək lazımdır” və Müdafiə Nazirliyi bu situasiyada heç bir problem görmür. Tonoyan Azərbaycan ordusunun mövqelərini irəli çəkməsindən sonra Naxçıvanla sərhədə getməsinə də münasibət bildirib. Deyib ki, məqsədi vəziyyətlə yerində tanış olmaq idi.

"Ermənistan silahlı qüvvələri situasiyaya nəzarət edir. Hesab edirəm ki, ən ciddi narahatlıq Ermənistandakı daxili siyasi vəziyyətlə bağlı Azərbaycan ordusunun təmas xəttində cəmləşməsi ilə bağlı idi”-David Tonoyan deyib.



Oxşar Xəbərlər

Xəbər lenti