8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, İngiltərənin "Röyters” informasiya agentliyi Vaşinqton iqtidarının F-35 hərbi təyyarəsinin satışı çərçivəsində türk pilotlara verdiyi təlimi dayandırmaq niyyətində ciddi olduğunu yazıb. Agentlik bu xəbəri Türkiyənin F-35 proqramındakı rolu ilə bağlı məlumat sahibi olan iki mənbəyə istinadla yazdığını bildirib. Adlarının gizli saxlanılmasını istəyən mənbələr ABŞ-ın hələ son qərarını vermədiyini də bildirib. Bu açıqlama Türkiyənin S-400 məsələsində geri addım atmayacağı ilə bağlı siqnallarından dərhal sonra verilib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar mayın 22-də verdiyi açıqlamada türk hərbçilərinin S-400 sistemlərindən istifadə edilməsi üçün Rusiyada təlim keçməyə başladıqlarını, rusiyalı hərbi mütəxəssislərin də Türkiyəyə gələ biləcəyini bildirmişdi.
Türk pilotlar F-35 proqramı çərçivəsində ABŞ-ın Arizona əyalətindəki Lyuk hərbi hava bazasında təlim keçirlər. Təlimlərin təxirə salınacağı təqdirdə türk pilotların ABŞ-ı tərk edib-etməyəcəkləri, yaxud da Türkiyənin F-35 proqramındakə gələcəyi ilə bağlı son qərar verilənə qədər bazada qalmalarına icazə verilib-verilməyəcəyi də hələlik dəqiq deyil. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və XİN "Röyters” informasiya agentliyinin pilotlarla bağlı sualına cavab verməkdən imtina edib.