Vurulan rus təyyarəsinin pilotunun türkmənlərin əlinə keçdiyi bildirilir

Vurulan rus təyyarəsinin pilotunun türkmənlərin əlinə keçdiyi bildirilirTürkiyə mediasında rus pilotlardan birinin türkmənlərin əlində olduğu haqda xəbər yayılıb.

Türkiyə hava sərhədini pozduğu üçün Türkiyə hərbi təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus “Su24” hərbi təyyarəsinin katapult edən pilotlarından birinin Suriya türkmənlərinin əlində olduğu xəbəri yayılıb.

Bu barədə, CNN Türk kanalının müxbiri Türkiyə-Suriya sərhədindəki Hatay vilayətindən 2 rus pilotdan birinin tapıldığını və Bayırbucak bölgəsində türkmənlərin əlində olduğunu bildirib.

Məlumata görə, hazırda Rusiyanın Suriyadakı bazasından qalxan hərbi helikopterlər pilotları tapmaq üçün həmin bölgə üzərində uçuşlar həyata keçirir.

Xatırladaq ki, Suriyada türkmənlərin yaşadığı Bayırbucak bölgəsində Suriya ordusu ilə yerli türkmən silahlı qrupları arasında döyüşlər gedir. Rusiya hərbi aviasiyası hücuma keçən Əsəd ordusuna havadan dəstək verməkdə davam edir.


Oxşar Xəbərlər

Xəbər lenti