ÇEVRİLİŞİN ÖNCƏDƏN EŞİDİLƏN ADDIM SƏSLƏRİ… – Akar-Ərdoğan-Fidan görüşünün açılmayan sirri

ÇEVRİLİŞİN ÖNCƏDƏN EŞİDİLƏN ADDIM SƏSLƏRİ… – Akar-Ərdoğan-Fidan görüşünün açılmayan sirri

 

15 iyul 2016-cı il tarixli FETÖ hərbi çevriliş cəhdi uzun zaman idi ki, "gəlirəm” deyirdi. 15 iyul 2016-cı il cəhdi, ən azı, 2010-ci ilədək gedib çıxan qəti hesablaşmanın son pərdəsi idi.

Geriyə doğru baxsaq, görərik ki, son 10 ilin ilk zamanlarında böyük bir ittifaq və həmrəylik vardı. Sonrakı 5 il içində münasibətlər addım-addım hesablaşma formasına keçdi. Bu hesablaşmanın cəbhə liderləri, şübhəsiz, Gülən və Ərdoğan (və yanındakı ikinci, üçüncü adamlar) idi. AKP-nin bir sıra qurucu liderləri isə əsasən münaqişənin izləyiciləri durumunda idilər.

İqtidarın FETÖ-nün hərbi çevrilişə təşəbbüs edəcəyini bilməməsi əsla inanılmayacaq bir doqma idi. Çünki bunun bütün işarətləri hələ 7 il öncədən ortaya çıxmağa başlamış, addım-addım güclənmişdi.

Ən konkret işarət isə çevrilişdən öncə gəlməyə başlamışdı. Belə ki, MİT 2015-ci ilin sonunda "ByLock” məsələsini çözmüş, xəbərləşmələri izləməyə başlamışdı. FETÖ-çülərin çevrilişə cəhd edəcəyi halda, bunun böyük, köklü təmizlik üçün fövqəladə fürsət yaradacağı qənaəti AKP rəhbərliyinə hakim olmuşdu.

Prezidentin çevriliş təşəbbüsünü "Bu, Allahın bizə bir lütfüdür” kimi dəyərləndirməsini də unutmayın. 251 adamın ölümü və minlərlə adamın yaralanması ilə nəticələnən "Allahın bir lütfü!

Çevrilişdən öncəki toqquşmalar

Hərbi çevriliş hazırlıqlarının və şiddətli toqquşmaların ilk addımları:

– "Ergenekon” (2007-2008-ci illər) və "Balyoz” (2010-cu il) cinayət işləri;

– Ərdoğan və iqtidarına qarşı "İdman yarışlarının öncədən razılaşdırılması” ilə bağlı cinayət işi (2011-ci il);

– MİT-ə, onun üzərindən Ərdoğana hücum (2012-ci il);

– "Hazırlıq kursları” ilə bağlı toqquşma (2013-cü il);

– Ərdoğana, ailəsinə, nazirlərinə, bəzi bələdiyyə sədrlərinə qarşı rüşvət və korrupsiya əməliyyatı (17-25 dekabr 2013-cü il) idi.

Atılan bu addımlar işə yaramayınca, 15 iyul 2016-cı ildə hərbi çevrilişə təşəbbüs edildi. Yəni, FETÖ dövlət içində sahib olduğu bütün güclərdən – polis, kəşfiyyat, məhkəmə və hərbi qüvvələrdən Ərdoğan və iqtidarına qarşı istifadə etmişdir. Əgər ilk üçü işə yarasaydı və RTƏ (Rəcəb Tayyib Ərdoğan – tərc.) hər hansı bir formada iqtidardan kənarlaşdırılsaydı, şahmat taxtasında əsgər ilə son həmlə edilərək, "şah!” deyilməyəcəkdi.

FETÖ-nün totalitar iqtidarının sivilləri

Ayrıca, RTƏ hər hansı bir formada iqtidardan kənarlaşdırılsaydı, AKP-nin digər liderləriylə "sivil iqtidar” qurulacaq və AKP "qabıq partiya” olaraq istifadə ediləcək, addım-addım FETÖ-nün totalitar iqtidarı qurulmuş olacaqdı.

"Nəzarət olunan çevriliş” anlayışının mahiyyəti budur. Yəni, bu, birdən-birə ortaya çıxan bir çevriliş cəhdi deyil. Dövlətin məlumatlı olduğu, detallı olmasa belə, ümumi şəkildə addım-addım izlədiyi, demək olar ki, bütün işarətləri ortada olan bir çevriliş təşəbbüsünə qarşı bu məlumatlar işığında tutulan, "olarsa, görərlər” şəklində xülasə edə biləcəyimiz bir mövqedir.

Hələ 2016-cı ilin əvvəlindən bu çevrilişin əlamətləri intensivləşmişdi. MİT də çevriliş ehtimalı haqqında informasiyanı dövlətin bütün rəhbərləri ilə paylaşdığını açıqlamışdı.

Qaranlıq səhifələr

Çevrilişin həmən öncəsində bizə açıqlanmayan qaranlıq bir bölüm var. Siyasi təhlilçi – jurnalist yalnız açıqlanan məlumatlardan istifadə edərək bütöv bir ssenari qələmə almağa çalışarsa, bu, yetərsiz olar. Bu səbəblə, o, daima gizli qalan, açıqlanmayan bölümləri araşdırmağa məcburdur. Hər şeyin düyün nöqtəsi də, açarı da, bir qayda olaraq, orada olur. Məsələn, heç açıqlanmayan Hakan Fidan-Hulusi Akar- Ərdoğan üçlüyü arasındakı görüşlərdə, intensiv rabitə əlaqəsində nələrdən bəhs edilib? 10-16 iyul günlərində nələr baş verib? Bu üçlük arasında nələrdən söhbət gedib, hansı informasiya mübadiləsi olub, hansı qərarlar alınıb və həyata keçirilib? Bunların mənfi və müsbət tərəfləri nə idi?

Siz Ərdoğanın "Çevrilişi yeznəmdən öyrəndim” sözü ilə başınızı qatın.

Diqqət edin, bu üçlükdən ikisi TBMM Araşdırma komissiyasına gedib ifadə vermədi, vermələri əngəlləndi. Buradan çıxara biləcəyimiz əqli nəticə odur ki, Prezident Aparatı bunu istəmədi. Prezidentin özünün ifadə verməyə çağırılması isə söhbət mövzusu belə ola bilməzdi.

Bu məsələ ilə bağlı konkret məlumatlar hələ bir müddət açıqlanmayacağı üçün üçlük arasındakı danışıqlar öz sirrini qoruyacaqdır. Lakin bu durum nələr olmuş ola biləcəyi ilə bağlı ssenarilər qurmağa əngəl deyil. Əgər üçlük arasında çevrilişin qarşısının alınması üçün təyinedici danışıqların aparıldığına qəti inanırsınızsa, ssenarilər də qura bilərsiniz.

Həqiqətlərin açıqlanmamasının səbəbi çevriliş cəhdi baş verdikdən sonra tutulan mövqenin və nümayiş etdirilən davranışların tamamilə bir siyasət və iqtidar oyununa aid olmasıdır. Nələrdən söhbət getdiyi məlum olsa, bu oyun başqa cür oynanar.



Oxşar Xəbərlər

Xəbər lenti