Suriyanın Hələb şəhərində Nəsiminin məqbərəsi indi belə görünür-FOTO

  

 

Suriyanın Hələb şəhərində

 UNESCO-nun Dünya İrs Komitəsinin Suriya şöbəsinin baş direktoru xanım Lina Kutiefan tərəfindən, qədim Hələb şəhərində yerləşən böyük azərbaycan şairi İmadəddin Nəsiminin məzarının və  məqbərəsinin eksklüziv şəkilləri yayılmışdır. Yayılan şəkillərdən görünür ki, şəhərdə uzun illər davam edən hərbi əməliyyatlara baxmayaraq, "Nəsimi Məbədi" kimi tanınan Nəsimi məqbərəsi, demək olar ki, salamat qalmışdır. UNESKO rəsmisinin paylaşdığı şəkillərə baxmayaraq onu qeyd etmək lazımdır ki, böyük azərbaycan şairi Nəsiminin Hələbdəki məqbərəsi burada kedən döyüşlərdə dağılmayıbsa da, onun yenidən bərpa olunmasına ehtiyac vardır. Ümüdvarıq ki, Azərbaycan hökuməti və rəsmi dövlət qurumları Hələb şəhərindəki Nəsiminin məzarının və məqbərəsinin yenidən bərpa olunması sahəsində lazımı addımlar atacaq. Çünki, dövlət başçısının fərmanı ilə 2019-cu il Azərbaycanda Nəsimi İli elan edilmiş və əfsanəvi şairin 650 illik yubileyi qeyd edilir. İnanırıq ki, bu münasibətlə respublikada və onun hüdudlarından kənarda keçrilən, çox saylı mədəni tədbirlərdən biri də məqbərənin bərpası olacaqdır.  

 

    A.Məmmədli,

 "Yeni Sözçü”qəzeti

Suriyanın Hələb şəhərində

Suriyanın Hələb şəhərində

 


 



Oxşar Xəbərlər

Xəbər lenti