Kiyevdə İmadəddin Nəsiminin abidəsi ucaldılıb


 

Kiyevdə İmadəddin Nəsiminin abidəsi ucaldılıb

 

 

Ukraynanın paytaxtı Kiyevdə  böyük Azərbaycan filosofu, şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yübleyi münasibəti ilə abidəsi ucaldılıb. Azərbaycanın  Ukraynadakı səfirliyin təşəbbüsü ilə  Kiyevin Xalqlar Dostluğu bulvarında ucaldılmış abidənin açılış mərasimində  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kiyevin meri Vitali Kliçko, diplomatik korpusların,  Azərbaycan diasporunun və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Abidənin  aclış mərasimı  Azərbaycan və Ukrayna himnlərinin sədaları altında başlayıb. Çıxışında Nəsimi poeziyasından sətirlər sitat gətirən  Kiyevin meri Kliçko şəhərin mərkəzində  dünya əhəmiyyətli mütəfəkkir şair  Nəsiminin  abidəsinin açılışını sevindirici fakt kimi səciyyələndirmişdir. O  böyük Azərbaycan şairinin  Kiyevdə abidəsinin uçaldılmasını, Azərbaycan və Ukrayna xalqlarının bir-birini necə yüksək qiymətləndirmələrinin daha bir təsdiqi kimi qiymətləndirmişdi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə  ulu öndər Heydər Əliyevin  ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfə verdiyini və  bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırmışdır.  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Bakıda Taras Şevçenkonun heykəlinin, Kiyevdə isə ulu öndər Heydər Əliyevin, Müslüm Maqomayevin, indi isə Nəsiminin heykəlinin ücaldılmasını  ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin parlaq təzahürü  olduğunu bildirmişdi.  Onuda qeyd edək ki, Kiyevin Xalqlar Dostluğu bulvardında ücaldılan  Nəsimi heykəlin müəllifı Ukraynanın xalq rəssamı, Azərbaycanın əməkdar rəssamı, heykəltaraş  Seyfəddin Qurbanovdu.

 A.Məmmədli.

Sozcu.info  




Oxşar Xəbərlər

Xəbər lenti