11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının qəzaya uğraması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinin göstərişi ilə Azərbaycan Ordusunun bütün aviasiya texnikalarının təlim uçuşları dayandırılıb.
Sozcu.info xəbər verir ki, bu barədə ordu.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı məlumat verib. "MiQ-29-un qəzaya uğramasının səbəbləri dəqiqləşdirilməyincə, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya texnikalarının bütün uçuşları müvəqqəti olaraq dayandırılıb. Eyni zamanda döyüş növbətçiliyi planlı şəkildə yerinə yetirilir”- deyə V. Dargahlı bildirib. Xatırladaq ki, 24 iyul saat 22:00 radələrində təlim uçuşu həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi Xəzər dənizi üzərində qəzaya uğrayıb. Müdafiə Nazirliyi pilotun axtarışı və xilas edilməsi üçün təcili addımlar atır. Müdafiə nazirinin göstərişi ilə qəzanın səbəbləri ilə əlaqədar araşdırma aparan komissiya yaradılıb.