8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mənbə bildirib ki, Rövşən aldığı güllə yaralarından təxminən 1 saat əvvəl xəstəxanada keçinib. Ona bir neçə güllə dəyib və həkimlər kriminal avtoritetin aldığı yaraların ona yaşamaq şansı qoymadığını bildiriblər.
Məlumata görə yaxınları "Rövşən Lənkəranski”nin cənazəsini Azərbaycana gətirmək üçün İstanbula gediblər.
* * *11:36
Bu dəqiqələrdə virtualaz.org saytı İstanbulda güllələn azərbaycanlının həqiqətən "Rövşən Lənkəranski” olduğunu təsdiqləyən məlumat alıb. Kriminal avtoritetin yaxın çevrəsindəki mənbə bildirib ki, avtomobildə öldürülən şəxs "Rövşən Lənkəranski”nin sürücüsü yox, yaxın tərəfdaşıdır. Mənbə təsdiq edib ki, kriminal avtoritetin vəziyyəti ağırdır, o, bir neçə güllə yarası alıb.
Ehtimal olunur ki, "Rövşən Lənkəranski” hadisə baş verən yerin yaxınlığındakı oteldə hansısa "sxodka”da iştirak edirmiş.
* * *11:22
"Qafqazinfo" saytı iddia edir ki, ötən gecə İstanbulda güllələnən şəxs Rövşən Əliyev yox, "Rövşən Lənkəranski" ləqəbli məşhur kriminal avtoritet Rövşən Canıyevdir. Sayt güllələnən "Range Rover"in Süleymanov Coşqun Hidayət oğlunun adına olduğunu bildirir.
İddiaya görə hadisə ilə əlaqədar Rövşən Canıyevin qardaşı təcili Türkiyəyə gedib. Kriminal avtoritetin vəziyyətinin ağır olduğu bildirilir. Bu məlumatı, yəni güllələnən şəxsin Rövşən Canıyev olduğunu hələlik başqa mənbələrdən dəqiqləşdirmək mümkün olmayıb.
Xatırladaq ki, Rövşən Lənkəranskinin İstanbulda yaşadığı çoxdan məlumdur. O, "Ded Xasan"ın qətlinə görə cavabdeh elan edilib və hazırda həbsdə olan "Şakro Molodoy" ləqəbli məşhur kriminal avtoritet Zaxari Kalaşov tərəfindən barəsində ölüm hökmü çıxarılıb.
* * *10:40
Avqustun 18-nə gecə İstanbulda azərbaycanlı iş adamı Rövşən Əliyevin "Range Rover” markalı avtomobili killerlər tərəfindən gülləbaran edilib.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nəticədə iş adamı ağır yaralanıb, sürücüsü isə hadisə yerində ölüb.
Xəbərə görə Rövşən Əliyevin 90 ND 011 dövlət nömrə nişanlı "Range Rover”i İstanbulun Beşiktaş səmtindəki oteldən çıxarkən yaxınlıqda pusqu qurmuş killerlər səsboğucu taxılmış avtomat silahlarla avtomobili güllə yağışına tutub. Hadisə yerli vaxtla saat 00.30 radələrində Beşiktaş Cihannüma məhəlləsi, Saray küçəsində baş verib. Avtomobil otelin 10 metrliyində pusqu qurmuş killerlər tərəfindən atəşə tutulub, maşına çoxlu sayda güllə dəyib. Killerlər istifadə etdikləri silahları hadisə yerində ataraq piyada qaçıblar. Hadisədən sonra bölgəyə çoxlu sayda polis səfərbər edilib, o cümlədən zirehli polis avtomobili təhlükəsizlik tədbirlərinə cəlb olunub.
Hadisənin baş verdiyi yerin yaxınlığında park edilmiş şübhəli avtomobil polislər tərəfindən araşdırılıb. Sürücü Florance Nightingale xəstəxanasına aparılıb və orada keçinib. Yaralı iş adamı Rövşən Əliyevin isə Şişli Etfal Xəstəxanasına aparıldığı bildirilir. Polis qaçan killerlərin axtarışına başlayıb.
Mənbələr iş adamının Barbaros Bulvarı, Yıldız Küçəsində yerləşən oteldə "toplantıda” iştirak etdiyini bildirir. Ehtimal olunur ki, Rövşən Əliyev öz avtomobili ilə Azərbaycandan bu toplantıya qatılmaq üçün gedib. Hadisənin kriminal "razborka” olduğu ehtimalı var.