8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Borçalı İctimai Cəmiyyətinin (Birliyinin) 25 iyun 2016-cı il tarixində keçirilən növbədənkənar konfransının qəbul etdiyi qərarları mövcud qanunlara uyğun olduğu Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməsi, yəni Cəmiyyətdə rəhbər dəyişikliyinin hüquq çərçivəsində baş verməsinin rəsmi qüvvə alması sabiq sədr Zəlimxan Məmmədlini isterikaya salıb və bu da onun iç üzünün açılmasına səbəb olub. Ədliyyə Nazirliyinin tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlini Borçalı İctimai Cəmiyyətinin yeni sədri olaraq tanıması saman çöpündən yapışmış Zəlimxan Məmmədlinin son ümidini də əlindən aldı. Bundan isterikaya düşən Zəlimxan Məmmədli onun kimi düşünməyən, onun Cəmiyyətə sədrlik etməsini istəməyən hər kəsi təhqir etməyə başlayıb. Onun Borçalı İctimai Cəmiyyətinə sədrlik etməsini istəməyənləri sayıb qurtarmaq mümkün deyil, ancaq onun sədrliyini istəyənləri barmaqla saymaq olar. Zəlimxan Məmmədli də həmin barmaqla sayılacaq tərəfdarları ilə birlikdə hay-küy salaraq ictimai rəyi çaşdırmağa çalışır.
Çox maraqlıdır ki, Gürcüstanda yaşayan soydaşlarımızla bağlı yaradılmış bir təşkilatın sədri həmin soydaşlarımızın yanına gedə bilməməsinin nə qədər ciddi məsələ olduğunun ya fərqində deyil, ya da özünü axmaq yerinə qoyaraq bunu görməzdən gəlir. Halbuki Borçalı İctimai Cəmiyyətinin sədrinin Gürcüstana buraxılmaması, qadağan edilməsi çox ciddi məsələdir. Gürcüstana daxil olması hələ 2014-cü ildən qadağan edilmiş Zəlimxan Məmmədli bunun nə anlama gəldiyini başa düşmürsə, bu artıq siyasi yox, tibbi bir problemdir. Hər bir ölkə, xüsusilə də Gürcüstan kimi azadlıq və demokratiya sahəsində böyük islahatlar həyata keçirmiş bir ölkə yalnız özü üçün ən təhlükəli hesab etdiyi şəxsləri arzuolunmaz şəxs elan edə bilər. Bir dövlət üçün arzuolunmaz elan olunan şəxsin həmin ölkədəki soydaşlarına hansı xeyri dəyə bilər? Görəsən, belə arzuolunmaz şəxs elan olunan birinin həmin ölkədəki soydaşlarına yönəlik fəaliyyətinin həmyerlilərinə çox ciddi zərər vura biləcəyini Zəlimxan Məmmədli bilmirmi? Əgər bilmirsə, deməli, bu artıq ağıl məsələsidir. Yox, əgər bilir və buna da israr edirsə, deməli, pis bir niyyəti var. Əgər Azərbaycan dövləti bir gürcünü arzuolunmaz şəxs elan edib, onun ölkəmizə daxil olmasına qadağa qoysa onun respublikamızda yaşayan gürcülərə hansı xeyri dəyə bilər? Xüsusilə Gürcüstanın arzuolunmaz şəxs elan etdiyi Zəlimxan Məmmədlinin Borçalıda və ümumilikdə Gürcüstanda yaşayanlara hansı xeyri dəyə bilər? Soydaşlarına xeyri əvəzinə zərəri dəyəcək birinin bunda təkid etməsi çox düşündürücüdür.
Zəlimxan Məmmədli dolayısı yolla eyham vurur ki, onun sədrlikdən kənarlaşdırılmasında Azərbaycan rəsmilərinin də təsiri olub. Deməli, bu şəxsin Borçalı İctimai Cəmiyyətinin sədri olmasını Gürcüstan rəsmiləri ilə yanaşı Azərbaycan rəsmiləri də arzuolunmaz hesab edir. İki ölkənin dövlət rəsmilərinin əleyhinə gedib, soydaşlarına zərərdən başqa nə vermək olar ki, Zəlimxan Məmmədli?
Zəlimxan Məmmədlinin Borçalı İctimai Cəmiyyətinin təsiçiləri olan ziyalıların, Borçalıdan olan ictimai xadimlərin, Gürcüstan və Azərbaycanın dövlət rəsmilərinin mövqeyinin ziddinə Borçalı İctimai Cəmiyyətinə sədrlikdə israr etməsinə ictimaiyyət özü qiymət verməlidir. Eyni zamanda onun kimi düşünməyənləri, onun mövqeyində olmayan hər kəsi təhqir etməyə Zəlimxan Məmmədliyə heç kim icazə verməyib. Bu təhqirə görə, o qanun qarşısında cavab verməlidir. Ancaq əvvəlcə tibbi yoxlamadan keçirilməsi, anlaqlı olub-olmadığına ekspert rəyi verməlidir.
Arzuman Loğmanoğlu