Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı

Mayk Pompeo Donald Tramp administrasiyası adına qatıldığı son NATO iclasında Türkiyəni hədəf alıb.
Sozcu.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Türkiyəni Aralıq dənizində müttəfiqləri ilə gərginliyi artırmaq və Rusiya istehsalı HHM sistemini almaqla bir növ Kremlə hədiyyə verməkdə ittiham edib.Mayk Pompeonun bu ittihamlarına Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu sərt cavab verib.
Türkiyəli nazir Pompeonu avropalı müttəfiqlərlə telefonla danışıb Türkiyəyə qarşı cəbhə yaratmaq, regional qarşıdırmalarda kor-koranə şəkildə Yunanıstanın tərəfini saxlamaq və Ankaraya “Patriot” HHM sistemi satmağı rədd etməkdə günahlandırıb.
M.Çavuşoğlu bununla yanaşı Türkiyənin İŞİD-lə vuruşduğu bir məqamda ABŞ-ın Suriyadakı terror dəstələrini dəstəklədiyini, həmçinin ABŞ və Fransanın Dağlıq Qarabağda Ermənistana dəstək verərək münaqişəni daha da pisləşdirdiyini dilə gətirib.


Oxşar Xəbərlər

Xəbər lenti