Çovdarovun məhkəməsi davam edir –Bu gün Tağı Əhmədov ifadə verməlidir

Çovdarovun məhkəməsi davam edir –Bu gün Tağı Əhmədov ifadə verməlidir

 

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində
 Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən proses təxirə salınıb. Prosesdə A. Çovdarovun vəkilləri iştirak etmədiyi üçün günün ikinci yarısınadək fasilə elan edilib.

 Bu gün keçiriləcək iclasda zərərçəkmiş şəxs qismində Tağı Əhmədovun ifadə verəcəyi gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti