AZAL-ın sabiq rəhbəri Gəncəyə uçuşun ləğvinə etiraz etdi:“Milyon dollar hesabına uçuş zolağının bərpasına nə ehtiyac vardı?”

AZAL-ın sabiq rəhbəri Gəncəyə uçuşun ləğvinə etiraz etdi:“Milyon dollar hesabına uçuş zolağının bərpasına nə ehtiyac vardı?”

 

Azəbaycan Hava Yolları (AZAL) şirkətinin Bakı-Gəncə-Bakı uçuşları ləğv edilib. Ölkənin ikinci böyük şəhərinə uçuşların dayandırılmasına etiraz edən Gəncə sakinlərinin məlumatına görə, şirkətin uçuşları ləğv etməsinə səbəb bilet satışının tamamilə aşağı düşməsi olub. AZAL informasiyanı təsdiqləyərək, uçuşların dayandırıldığını bildirib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin sözlərinə görə, kommersiya baxımından səmərəli olmadığı üçün yanvarın 9-dan etibarən bu istiqamətdə uçuşların ləğv edilməsinə qərar verilib.

Bakı-Gəncə-Bakı uçuşlarının ləğv olunmasının xoşagəlməz hal olduğunu deyən AZAL-ın sabiq prezidenti Ədalət Əliyev hesab edir ki, sözügedən aviareysin bağlanmasının kommersiya ilə əlaqələndirilməsi absurddur: "Bu zaman belə bir sual yarana bilər: əgər Gəncəyə uçuşlar iqtisadi cəhətdən səmərəsiz idisə, o zaman milyonlarla dollar hesabına uçuş zolağının bərpasına nə ehtiyac vardı? Nə üçün Gəncədəki hava limanı yenidən təmir olundu? Azərbaycanın ikinci böyük şəhərinə olan uçuşların ləğvini heç bir halda doğru addım hesab etmirəm. 1988-90-cı illərə qədər Azərbaycanın əksər rayonlarına birbaşa uçuşlar vardı. Amma bu gün 3-4 şəhərə uçuş var, ya yox. Bu siyasətin mahiyyəti nədən ibarətdir, anlamıram?”



Oxşar Xəbərlər

Xəbər lenti