8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İranda prezident olmaq istəyən namizədlərin sayı 287 nəfərə çatıb.
İranın Daxili İşlər Nazirliyində yaradılmış seçki qərargahının sədri Əli Əsgər Əhmədi bildirib ki, namizədlərdən 13 nəfəri qadındır. Seçkilərə qatılan namizədlərə yaş məhdudiyyəti qoyulmayıb.
Namizədlərin qeydiyyata alınması prosesi aprelin 15-nə qədər davam edəcək. Ola bilsin ki, namizədlərin sayı daha da artsın. Lakin qeydə alınan namizədlərin siyahısını Konstitusiyaya Nəzarət Şurası da nəzərdən keçirəcək.
Seçki kampaniyası isə aprelin 28-dən mayın 17-nə kimi davam edəcək. Mayın 19-da İranda ümumxalq səsverməsi ilə prezident seçiləcək.