Dəhşətli qəzada həlak olan qadınların hamısı EVRASCON şirkətinin işçisidir - YENİLƏNİB

 

İndicə aldığımız məlumata görə, qəzada həlak olan hər 4 qadın Salyan rayon sakinidir. Onlar Ələt-Astara avtomobil yolunu çəkən EVRASCON şirkətinin düşərgəsindəki yeməkxanada aşpaz işləyirlərmiş.
Onların mindiyi maşını sürən 27 yaşlı Saatlı rayon sakini Hüseynov Babək Xanəhməd oğlu isə EVRASCON şirkətində fəhlə kimi çalışırmış. O hazırda ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

***
​Ələt-Astara yolunda ağır qəza - 4 QADIN HƏLAK OLDU, 3 YARALI VAR


Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub. APA-nın yerli bürosunun xəbərinə görə, Salyan xəstəxanasına yerləşdirilən yaralılar "Mercedes”in sərnişini  Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və "VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur.
 
***
Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda  "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.
Hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib. 
Məlumata görə, hadisə yeni inşa olunan magıstral yolun istismara verilməyən hissəsində baş verib. 
Hadisənin təfərrüatları, ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir(apa).

***

Bu gün axşam saatlarında Ələt-Astara yolunun yeni çəkilmiş, lakin istismara verilməmiş 60-cı kilometrliyində, çöllük ərazidə ağır qəza baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Bakı istiqamətindən gələn "Mersedec” markalı, 15 DL 860 dövlət nömrə nişanlı maşın Cəlilabad sakininin idarə etdiyi "VAZ 2106” markalı, 18 Bx 161 nömrəli maşınla üzbəüz toqquşub.
Hadisə nəticəsində "Jiquli”dəki sərnişinlər-Cəlilabad sakini olan olan 4 qadın hadisə yerində dünyasını dəyişib. Onlardan birinin hamilə olduğu bildirilir.
Hər iki maşının sürücüsü və "06”nın daha iki sərnişini ağır yaralanıb.
Qəzada həlak olanların cəsədləri FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti