8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
"Dövlət Təhlükəsizliyi Xidmətinın keçirdiyi sonuncu əməliyyatlar radikal qrupların o hissəsinə yönəlib ki, onlar silaha əl atırlar, bu yolla terror törətməyə cəhd göstərirlər”.
"Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, keçirilən əməliyyatlar həmin qrupları və onları bu və ya digər formada maliyyələşdirən dairələri ayıltmalıdır: "Həmin dairələr başa düşməlidirlər ki, Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi, ictimai-siyasi sabitliyin qorunması üçün hüquq-mühafizə orqanları hər zaman hazırdır və cür bəd əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əksik etməyəcək. Azərbaycanda terror törətmək istəyənlərə qarşı qətiyyətli olmalı və onları ifşa etməliyik”.