Saakaşvili 3 il müddətinə azadlıqdan məhrum edildi

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsinin qərarını qanunsuz adlandırıb.

O bu barədə "Facebook" səhifəsində yazıb.

M.Saakaşvili bildirib ki, qərar Gürcüstanın keçmiş baş naziri, "Qazprom” un ən böyük səhmdarı, milyarder Bidzina İvanişvilinin göstərişi ilə verilib: "Düşünürəm ki, Poroşenko və İvanişvili bununla bağlı razılaşıblar. Bu qərar tamamilə qanunsuzdur və bütün beynəlxalq, milli normalara, sağlam düşüncəyə ziddir".

***12:30

Tbilisi şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixail Saakaviliyə hökm oxunub.

"Georgia Online” yazır ki, Sandro Qirqvliani işi ilə bağlı M.Saakaşvilinin qiyabi 3 il azadlıqdan məhrum edilməsi qərara alınıb.

M.Saakaşvili "xidməti səlahiyyətlərindən sui-istifadə” maddəsinə əsasən təqsirli bilinir.

İstintaqın məlumatına əsasən, M. Saakaşvili o zamankı Konstitusiya Təhlükəsizliyi Departamentinin rəhbəri Data Axalayaya bank işçisi S. Qirqvlianinin ölümündə təqsirli bilinənləri azad edəcəyini deyib və sonra Əfv Komissiyasından kənar Qerontiy Alaniya, Mixail Bibiluridze, Avtandil Aptsiauri və Aleksandr Qaçavanı azad edib.



Oxşar Xəbərlər

Xəbər lenti