Saakaşvili Ukraynaya qayıdacağı tarixi açıqlayıb

 

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıtmaq niyyətindədir.

 Bu barədə M.Saakaşvili özünün "Feysbuk” səhifəsində bildirib.

"Bu gün mən elan edirəm ki, sentyabrın 10-da Polşa ərazisindən Ukraynaya qayıdacam. Xahiş edirəm Ukrayna hökuməti bundan sirk qurmasın”, deyə M.Saakaşvili qeyd edib.

M.Saakaşvili iyulun 26-da prezident P.Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilib. Hazırda M.Saakaşvili Avropa İttifaqı ölkələrində səyahət edir. Polşa, Litva və Macarıstanda olan sabiq qubernator dəfələrlə Ukraynaya dönəcəyini bəyan edib.


Oxşar Xəbərlər

Xəbər lenti