8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün "AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun 21 informasiya saytına qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı keçirilən məhkəmə iclasının yekun qərarı elan edilib.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadənin sədirliyi ilə bu gün keçirilən yekun iclasda iddiaçı tərəfin vəkili iddia tələbinin həcminin azaldılması ilə bağlı vəsatətlə çıxış etdi.
Həmin vəsatətdə bildirilirdi ki, onlar bundan sonra iddia üzrə cavadeh qismində: ölkə.az, modern.az, oxu.az, moderator.az, haqqin.az, anaxeber.az, qafqazinfo.az, bakunews.az və djb.az saytlarının qalmasını, digər KİV-lərin isə adının iddia tələbindən çıxarılmasını istəyirlər.
Hakim müşavirədən sonra yekun qərarı elan etdi. Qaldırılan iddia qismən təmin olundu. Elan olunan məhkəmənin yekun qərarında bildirildi ki, yalnız ölkə.az saytı yayılan məqalənin həqiqətə uyğun olmaması ilə bağlı təkzib verib və üzr istəməlidir. Məhkəmə iddianın "50 min manat təzminatın cavdehdən tutulması” ilə bağlı hissəsini rədd etdi.
Məhkəmə çəkişməsinə səbəb ölkə.az saytının "AAAF” rəhbəri Tofiq Heydərovun həbs edilməsi ilə bağlı yaydığı və digər saytların ilkin mənbə kimi həmin sayta istinadən tirajladığı xəbər olmuşdu.
İddiaçı tərəfin vəkili Məhkəmənin qərarından Apelliyasiya şikayəti verəcəklərini bildirib/Azinforum.az