Ərdoğan Papa ilə görüşöncəsi sərt mesaj verdi:"O raketi verən ölkə haqda araşdırma aparırıq"

Ərdoğan Papa ilə görüşöncəsi sərt mesaj verdi:"O raketi verən ölkə haqda araşdırma aparırıq"

 

Türkiyə prezidenti Ərdoğan bu gün Vatikana yola düşüb.

 O, səfəröncəsi Atatürk Hava Limanında Afrin əməliyyatı haqda da açıqlama verib.

Prezident deyib ki, bu günədək 935 terrorçu məhv edilib.

Ərdoğan dünən Afrində vurulan türk tankının hansı ölkəyə məxsus raketlə vurulmasına da toxunub. Deyib ki, tankın vurulduğu həmin raketlə bağlı araşdırma aparılır: "Tam dəqiqləşəndən sonra həmin raketi verən ölkənin də adını açıqlayacağıq".

Ərdoğan CHP lideri Kamal Kılıcdaroğlunun "Suriyanın ərazi bütövlüyünü dəstəkləyiriksə, dərhal Əsədlə danışıqlara başlamalıyıq" bəyanatına isə sərt cavab verib: "O adamın əli 1 milyonun qanına batıb. Bay Kamal nə deyir belə? Bu, nə siyasətdir? Belə söhbətlər onun çapı deyil".

Onu da qeyd edək ki, Ərdoğan sabah Vatikanda Papa ilə görüşəcək. Ondan sonra isə İtaliya prezidenti və baş naziri ilə bir araya gələcək. İlkin məlumata görə, tərəflər ikili münasibətləri və Afrin əməliyyatını müzakirə edəcəklər.



Oxşar Xəbərlər

Xəbər lenti