17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
"Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır".
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunları üzrə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib. O, Vyana, Sankt-Peterburq və Cenevrədə yüksək səviyyəli dialoqun bərpasını alqışlayıb və tərəfləri danışıqların intensivləşdirməyə və təmas xəttində gərginliyi azaltmağa çağırıb.
"Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi həlli yoxdur. Onun beynəlxalq hüquq çərçivəsində siyasi həllini tapmaq lazımdır", – Mogerini qeyd edib.
Ali nümayəndə bildirib ki, Aİ ATƏT-in Minsk qrupunun səylərini və etimadın yaradılması üzrə tədbirlərini dəstəkləyir./report/