Avroparlamentin latviyalı deputatı Qarabağ münaqişəsinin həlli barədə

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Bu fikri "AzərTAc”a məxsusi açıqlamasında Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin söyləyib.

Onun sözlərinə görə, münaqişələrin həlli beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin məşğul olduğunu xatırladan avropalı deputat qeyd edib ki, münaqişənin həll olunmaması Avropa qonşuluq siyasətinin tam həyata keçirilməsinə mane olur.

A.Mamıkin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir, münaqişə hərbi yox, siyasi yolla həllini tapmalıdır.



Oxşar Xəbərlər

Xəbər lenti