Türk ordusu Afrinə girdi-Şəhər mərkəzi nəzarətdədir

Türk ordusu Afrinə girdi-Şəhər mərkəzi nəzarətdədir

 

Türkiyə ordusunun dəstklədiyi Azad Suriya Ordusu (ASO) bu gün səhərdən etibarən, daha bir istiqamətdən Afrin şəhər mərkəzinə doğru əməliyyata başlayıb.

Sozcu.info Türkiyə mediası hurriyet.com.tr-ə istinadən xəbər verir ki, ASO üzvləri Afrin şəhərinin cənub-şərq istiqamətindən məhələlərə daxil olub: "Hazırda bu istiqamətdə də şiddətli küçə döyüşləri gedir. Türkiyə ordusu hələlik havadan ASO-ya dəstək verir".

Onu da qeyd edək ki, Türkiyə Afrinin mərkəzindən dinc sakinlərin çıxması üçün 2 km-lik dəhliz saxlayıb. BMT-nin açıqladığı rəsmi məlumata görə, son bir neçə gün ərzində şəhəri 50 minə yaxın dinc sakin tərk edib.

Türkiyə prezidenti Ərdoğan isə son açıqlamasında Afrinin fəth edilməsinin an məsələsi olduğunu bəyan edib: "Buranı PYD/YPG terrorçularından təmizlədikdən sonra afrinlilər təhlükəsiz formada evlərinə dönəcəklər".

 Türk döyüş təyyarələrinin Afrin dənizlərində uçduğu da müşahidə edilir.
Afrin mərkəzində terror təşkilatının tamailə zərərsizləsdirilməsi  üçün əməliyyatlarlar davam edir.

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}