“MOSKVA QİSAS HAQDA DÜŞÜNÜR VƏ ƏLVERİŞLİ İMKAN GÖZLƏYİR” –Ermənistanda Rusiya əleyhinə təbliğat güclənir

“MOSKVA QİSAS HAQDA DÜŞÜNÜR VƏ ƏLVERİŞLİ İMKAN GÖZLƏYİR” –Ermənistanda Rusiya əleyhinə təbliğat güclənir

 

Sərkis Artsruni

"1-in. am” (Ermənistan), 07.05.2018

 

"Xatırladırıq ki, son həftələr Ermənistan Respublikasında baş verən hadisələr istisnasız olaraq Ermənistan Respublikası və vətəndaşlarının  daxili məsələsidir. Rusiya tərəfi, İrəvandakı səfirlik Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında müttəfiqlik münasibətlərinin qurulması və saxlanması üzrə öz fəaliyyətində müxtəlif şəxslərin şəxsi fikirlərindən çıxış etmir, Rusiya prezidentinin mətbuat katibi D.S. Peskov və Rusiya XİN rəsmi təmsilçisi M.V. Zaxarovanın səsləndirdiyi fikirlərə tərəfdardır”, – Rusiyanın Ermənistan səfirliyinin bu günlərdə yaydığı bəyanatda belə deyilir.

Bir qədər qəribədir ki, yumşaq deyilsə, Ermənistanda diplomatik fəallığıyla seçilməyən Rusiya səfirliyi bu cür bəyanatı şənbə günü axşam yayıb. Xüsusən də ona görə ki, Ermənistanda dönüşən məxməri inqilabın liderləri dəfələrlə bildiriblər ki, siyasi proses xarici siyasətdə dönüşü nəzərdə tutmur.

Amma bütün problem bundadır ki, Rusiyanın aparıcı KİV-ləri son günlərdə Ermənistana, məxməri inqilaba qarşı misli görünməmiş təbliğat aparır və Rusiya səfirliyi faktiki olaraq Moskvanın sırtıq, təcavüzkar təbliğatından obyektiv şəkildə doğaraq qaçılmaz olan antirusiya əhvali-ruhiyyəsini önləməyə çalışır.

Rusiyanın totalitar sisteminə çox gözəl bələd olan adamların hamısı anlayır ki, bu ölkə, yumşaq deyilsə, plüralzimə dözmür və Moskvanın rəsmi təbliğat meydançalarında Rusiyanın Ermənistan səfirliyinin də dünən eyham vurduğu şəxsi adlanan fikirlər səslənə bilmir.

Rusiyanın Birinci kanalında (ORT telekanalı nəzərdə tutulur-tərc.) uzun müddət baş fiqur olan adıbəlli Mixail Leontyev özünün "Odnako” proqramıyla Kremldən asılı olmayan baxış nöqtəsini necə ifadə edə bilər, indi isə Putin imperiyasının önəmli sütunlarından biri olan "Rosneft”in vitse-prezidentidir? O, üç gün qabaq "Комсомольская правда” radiosunun studiyasında qonaq idi və Ermənistanda baş verən məxməri inqilabı, nə az, nə çox, fahişəlik adlandırıb.

Bəs indi nə olsun – səfirliyin izahatını ciddi qəbul edək və hesab edək ki, dövlət neft nəhənginin vitse-prezidenti özəl fikrini ifadə edib?

Yeri gəlmişkən, Kremlin Leontyevlə bərabər eyni studiyada iştirak edən  təbliğat "killer”i Mixail Yuryev təhqirlərlə kifayətlənmədi və özünü qətiyyətli apardı – ehtimal ki, Ermənistandakı hadisələrlə bağlı bu günlərdə Rusiya elitasında müzakirə edilən ssenarilərdən birini bilmədən ağzından qaçırdı.

Yuryev Ermənistanı müstəqil olmayan ölkə deyil, qiyamçı quberniya sayır və hesab edir ki, Rusiyanın daha zəif inkişaf etmiş xalqları özünə tabe etmək hüququ var. Bu Kreml "killer”inin Ermənistandakı böhranı aradan qaldırmaq üçün öz "resepti” var: İrəvana iki alay göndərərək məxməri inqilabı qanda boğmağı təklif edir.

Həm Leontyevin, həm də Yuryevin bəyanatları rəsmi Moskvanın tənqidinə layiq görülməyib, hətta bu iki "analitik” özlərinin dövlət və "saray adamı” statusunu saxlayır və hər şeydən göründüyü üzrə, məsləhətlərindən Moskvanın dövlət siyasətinin qidalandığı adamların çevrəsinə daxildirlər.

Ölkəmizdə dövlətin maraqlarını dərk edən hakimiyyət formalaşanda Rusiya Ermənistan parlamentini qanda boğub, azadlıq uğrunda mübarizə aparan Ermənistan vətəndaşları güllələnib.

Şübhəsiz, Rusiyanın iki alayı indi də – bu gərgin günlərdə Ermənistana gələcək, amma, çox ehtimal ki, "dəvətnamə” yollayan yoxdur: Serj Sərkisyan getməyə üstünlük verib, Karen Karapetyanı isə meydana yığışan xalq və ERP oyundan çıxardıb.

Rusiya qisası təhlükəsi aradan qalxıbmı? Qətiyyən yox… Və Rusiya iyunda futbol üzrə dünya Çempionatını qəbul etməsəydi, hansı davranışı büruzə verəcəyini hələ bilmək olmazdı.

Biz düşünməyə meylliyik ki, Moskva həmişə qisas haqda düşünəcək və ancaq uyğun imkan gözləyir və Ermənistanda bütün dayaqlarını – kriminal-olqarxik sistemi bir yerə cəmləməyə çalışaraq Paşinyanın çevrəsini "minalayacaq”.

Ermənistan məxməri inqilabı sevgi və həmrəylik prosesidir, amma ölkənin korrupsiyalaşma və Rusiya vassallığının simvolu olan kriminal oliqarxiyaya qarşı son dərəcə səbirli olmalıdır.

Ermənistan məxməri inqilabı geopolitik kontekstə malik deyil, amma Ermənistanın suverenliyi məsələsində son dərəcə prinsipial və ardıcıl olmalıdır, çünki Rusiya quberniyasında azad vətəndaşlar ola bilməz.

Azərbaycan prezidenti İlham Əliyev və Putinin yemlədiyi Rusiya analitikləri İrəvanın "qaytarılması”ndan danışırlar. Nəticə çıxarmağı oxucularımıza buraxırıq.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti