Bakıda cərimə meydançası yandı - 51 MAŞIN KÜL OLDU

Bakıda cərimə meydançası yandı - 51 MAŞIN KÜL OLDU

 

Fövqəladə Hallar Nazirliyi Bakı şəhər Nizami rayonu ərazisində baş vermiş yanğınla bağlı növbəti məlumatı yayıb.
Criminal.az nazirliyin saytına istinadən xəbər verir ki, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb. Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın bölmələr tərəfindən söndürülüb.


Oxşar Xəbərlər

Xəbər lenti