8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Zaqatala rayonunun üç kəndində kombaynçı olmadığından bol buğda və çovdar məhsulu batır. Söhbət Muğanlı, Faldar və Qandaq kəndlərindən gedir.
Bu kəndlərin sakinləri virtualaz.org-a bildiriblər ki, məhsul yığımından əvvəl onları kombaynçılarsız qoyublar.
"Hər kənddə bir kombaynçı var idi. Ancaq Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kombaynçıları Muxax kəndindəki şəxsi sahələrində işlətmək üçün bizdən götürdü. Biz çıxılmaz vəziyyətdə qaldıq. Məhsul var, amma biz onu yığa bilmirik”, – deyə adları çəkilən kəndlərin sakinləri bildiriblər.
Zaqatalada məhsul yığımı ilə bağlı problemlərin mövcudluğunu Kənd Təsərrüfatı Nazirliyindən də təsdiq ediblər.
"Belə problem, praktik olaraq, Azərbaycanın bütün rayonlarında mövcuddur. Və o "Aqrolizinq”də kənd təsərrüfatı texnikasının çatışmazlığı ilə bağlıdır”, – deyə Nazirliyin Mətbuat xidmətindən vurğulayıblar.