15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
6-01-2026, 22:02
23-12-2025, 18:26
ABŞ prezidenti Donald Tramp İranın üzərinə əsas maliyyə sanksiyalarının təkrar qoyulması barədə sərəncam verib. Beləliklə ABŞ 2015-ci ilin nüvə sazişini tərk etdiyini bildirəndən üç ay sonra Tehranın valyuta alışlarını və əsas sənayelərini vuran sanksiyalar yenidən qüvvəyə minib.
Avqustun 6-da verdiyi bəyanatlarda Tramp 2015-ci il razılaşmasını bir daha "dəhşətli və birtərəfli” saziş adlandırıb.
Ötən may ayında ABŞ-ın İranla nüvə sazişindən çıxdığını elan edən Tramp Tehranın sazişin "ruhunu” pozduğunu söyləmişdi.
Ağ Evin açıqladığı bəyanatda Trump bütün ölkələrə müraciət edərək bildirib: "İran rejimi seçim qarşısındadır: ya təhdidedici, pozucu davranışını dəyişməli və qlobal iqtisadiyyata reinteqrasiya olunmalı, ya da iqtisadi təcridolunma yolunu davam etdierməlidir”.
(Azadlıq radiosu)