İranın milli valyutası kəskin ucuzlaşdı - İlin əvvəlindən rial dollar qarşısında 3 dəfədən çox dəyər itirib

İranın milli valyutası kəskin ucuzlaşdı - İlin əvvəlindən rial dollar qarşısında 3 dəfədən çox dəyər itirib

 

İranın milli valyutası rial ABŞ dollarına nisbətdə yenidən kəskin ucuzlaşıb.

"Assosiated-Press” agentliyinin yaydığı məlumata görə, 1 ABŞ dolları iyulun 29-da 112 min rial olub ki, bir gün əvvəl məzənnə 98 min idi.

Amma rəsmi valyutadəyişmə məntəqələrində 1 ABŞ dollarının təxminən 44 min rial olduğu göstərilir. İlin əvvəllərində isə rəsmi kurs təxminən 35 olub.

Tehran hökuməti ötən həftə Mərkəzi Bankın rəhbəri Vəliyullah Seifinin valyuta siyasətini tənqid edərək, onu işdən kənarlaşdırıb. Mütəxəssislər böhranın səbəbini ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsində görürlər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu ilin mayında ölkəsinin İranla 6 aparıcı dünya ölkəsi ilə imzalanmış nüvə sazişindən çıxdığını və Vaşinqtonun Tehrana qarşı iqtisadi sanksiyaları bərpa etdiyini bəyan elədi.ABŞ iki mərhələdə, avqustun 6-ı və noyabrın 4-də İrana qarşı bütün sanksiyaları bərpa etmək fikrindədir. Bir çox xarici şirkətlər buna görə İranla ticarət əlaqələrini kəsmək məcburiyyətində qalıblar.

Xatırladaq ki, Tehranla aparıcı dünya ölkələri arasında imzalanan nüvə sazişindən sonra İrana qarşı sanksiyalar aradan qaldırıldı, Tehran isə əvəzində nüvə fəaliyyətini dayandırdı.

Amma sazişə imza adan digər ölkələr-Almaniya, Böyük Britaniya,Fransa, Çin və Rusiya ona əməl edəcəklərini vəd ediblər. /"Amerikanın səsi"/



Oxşar Xəbərlər

Xəbər lenti