8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İndi onlar "qaçqınların qəbulu və qeydiyyatı işində kifayət qədər iştirak etməyən ölkələrə Aİ fondundan ödəmənin azaldılmasına dair” islahatlar keçirilməsini tələb edirlər. Bu barədə bu gün Avropa Parlamentində Büdcə Nəzarəti Komitəsinin rəhbəri İnqe Qresle "Die Welt” qəzetinə məlumat verib.
Avropa Parlamenti sədrinin müavini, Almaniya Azad Demokratiya Partiyasının üzvü Aleksander Lambsdorf da bu mövqedən çıxış edib. O, Avropa İttifaqının əməkdaşlıq etməyən ölkələrinə maliyyə təzyiqi göstərməyin zəruriliyini vurğulayaraq deyib: "AFR hökuməti Avropa İttifaqı büdcəsini planlı yoxlama zamanı Polşa və Macarıstan kimi yardım alan ölkələr tərəfindən Avropa dəyərlərinə münasibətdə həmrəy davranış və hörmət göstərilməsini təmin etməlidir”.
Polşa, Macarıstan və digər ölkələr Avropa İttifaqı ərazisində qaçqınların bərabər yerləşdirilməsində iştirak etməkdən imtina edirlər. Bununla yanaşı, hökumət Varşavada Konstitusiya Məhkəməsinin səlahiyyətlərini və ölkədə demokratik proseslərin təmin edilməsini məhdudlaşdıran islahat aparıb.