Fətullah Gülən şəbəkəsinə aid qruplar təmizlənir - Bakıda

 

Türkiyədə 15 iyul qiyamından bir neçə gün sonra Xəzər TV-nin vitse-prezidenti Halil İbrahim  Seyhanın işindən çıxarılması haqda məlumatlar mətbuatda yayıldı və bu xəbər təsdiqləndi.

 

Hazırda isə Xəzər tv də İbrahim Seyhana yaxın şəxslərin işlərindən azad olunur. Amma  Gülən camaatı öz fəaliyyətini də davam etdirir. Onların ölkəmizdə çoxlu sayda restoranları da mövcuddur. Gülənə bağlı camaat restoranlarının bağlanmasının qarşısını almaq üçün obyektlərini etibar etdikləri azərbaycanlıların adına keçiriblər.

 

Moderator.az -a daxil olan məlumata görə, nurçuların ənənəvi ritualları isə ölkəmizdə hələ də davam edir. Abi evləri adlandıran evlərdə əsasən Azərbaycanlı tələbələr toplaşıb Fətullah Gülənin və Səid Nursinin kitablarını oxumaqla məşğul olurlar. Şəbəkəyə əsasən maddi imkanı zəif olan, rayonlardan Bakıya oxumağa gəlmiş tələbələr qoşulur. Şəbəkə şəhərin yaxşı yerlərində evlər tutub bir neçə gənc tələbini oraya yerləşdirir, evin kirayəsini ödəməyə də köməklik edir. Tələbələrə söz verilir ki, onlar şəbəkədə qalacaqları halda ali təhsillərini bitirdikdən sonra işlə təmin olunacaqlar. Onlara bu vədləri verənlər özlərindən misal gətrirlər ki, biz də bir vaxtlar sizin kimi tələbə olmuşuq. Hizmət yolunda sona qədər getdiyimizə görə hazırda işimiz normal da şəraitimiz var. Bütün bunları görən gənc təcrübəsiz azərbaycanlı gənclər isə Gülən şəbəkəsinin toruna düşürlər.




Oxşar Xəbərlər

Xəbər lenti