8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Rainews 24 dövlət televiziyasına müsahibəsində Avropa İttifaqının 15 iyul hərbi çevriliş cəhdindən sonra Fətullah Gülən tərəfdarlarına qarşı aparılan kütləvi həbslərə reaksiyasını tənqid edib.
Sozcu.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prezident bu tənqidi reaksiyaların qərəzli olduğunu deyib.
Müsahibəni götürən jurnalist isə Ərdoğana bildirib ki, İtaliya ictimaiyyəti Türkiyədə qəzet müxbiri və ya universitet tələbəsi olmağın həbs üçün kifayət etdiyini anlamaqda çətinlik çəkir. Türkiyə prezidenti ona cavab olaraq oğlu Bilal Ərdoğana qarşı İtaliyada qaldırılmış cinayət işini xatırladıb.
"İndi sizə maraqlı misal göstərərəm. Hazırda İtaliya hüquq-mühafizə orqanları mənim oğlumla maraqlanır. Bu anda İtaliyaya girmiş olsa və ya girəcək olsa mənim oğlumu bəlkə də həbs edəcəklər. "Nədir səbəbi, söyləyin” deyildiyində söyləyəcək heç bir şeyləri yoxdur. Bolonyada doktorluq işi ilə bağlı məzuniyyətini verəcək, mənim oğlumla bağlı məlum struktur (Fətullah Gülənin şəbəkəsi) bu cür iş qaldırmaq yoluna gedir. PKK Bolonyada oturduğu yerlərdə məni diktator elan edir, İtaliya hakimiyyəti hara baxır? Niyə bunlara müdaxilə etmir? Türkiyə prezidentinə diktator deyənləri niyə himayə edir? Və mənim oğluma necə olur ki, bu cür ittiham irəli sürürlər? Mənim oğlum parlaq adamdır, ancaq çirkli pulların yuyulmasında ittiham olunur. Hüquq dedikləri budur? Bu, İtaliya ilə Türkiyənin münasibətlərini də poza bilər. İtaliya mənim oğlumu buraxıb öz mafiyası ilə məşğul olsun”-Ərdoğan bildirib.
Türkiyə prezidentinin bu tənqidlərinə İtaliyanın baş naziri Matteo Renzi özünün Twitter hesabından cavab verib. "Bu ölkədə hakimlər qanunlar və İtaliya Konstitusiyası qarşısında cavab verir, Türkiyə prezidenti qarşısında deyil. Buna "qanunun aliliyi” deyilir” deyə cavab verib.
Ərdoğanın oğlu doktorluq işi üzrə təhsilini davam etdirmək üçün 2014-cü ildə İtaliyaya gedib. Lakin orada ona qarşı cinayət işi qaldırılıb və Bilal Ərdoğan cinayət işinin qaldırılmasından əvvəl İtaliyanı tərk edərək Türkiyəyə qayıdıb.