Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Əsgərov oğluma dopinq verdirirdi” - Nicat Rəhimovun atası dəhşətli faktlar açıqladı (MÜSAHİBƏ)
"İDMANÇILARI BARA APARIB İÇİZDİRİRDİLƏR”
Rioda keçirilən yay Olimpiya Oyunlarında Qazaxıstan adına qızıl medal qazanan azərbaycanlı ağır atlet Nicat Rəhimovun atası, mətbuatda qalmaqallı açıqlamalarla çıxış edən Əli Rəhimovun
AzNews.az
-a müsahibəsi:
Yarışdan 1 həftə əvvəl gələn mesaj
- Əli müəllim, çempion atası olmaq neçə hissdir?
- Hər bir valideyn övladının uğuruna sevindiyi kimi təbii ki, mən də sevinirəm. İstədiyim, məqsədim nə idisə, ona da çatdım. Dünya çempionu və olimpiya çempionunun atası oldum.
İdmanda bundan böyük nailiyyət yoxdur.
- Nicat olimpiadaya gedəndə onun medal gətirəcəyinə inanırdınız?
- O, 2013-cü ildə Azərbaycan yığmasından uzaqlaşanda demişdim ki, Nicat gələcəyin olimpiya və dünya çempionudur.
Bəzi mətbuat orqanlarına da bu barədə açıqlama vermişdim. İnanmaya bilərlər, amma mesajı sizə göstərə bilərəm: 5 avqust tarixində Qazaxıstan milli komandasının baş məşqçisi mənə mesaj yazıb. Mesajında olimpiya çempionunun atası kimi Almatı hava limanında olmağımı rica edir. Yəni hamı Nicata inanırdı.
Qazaxıstanda Nicatın potensialını görürdülər, elə buna görə də milliyə qəbul etdilər. Onlar da inanırdı ki, Nicat Rəhimov olimpiya çempionu olacaq. Qazaxıstanın ağır atletika yığma komandası elə-belə komanda deyil. Dünyada tanınmış, seçilmiş komandadır.
Amma burada bir sual yarana bilər ki, qazaxıstanlıların özündə güclü idmançılar var idisə, bəs niyə Nicatı yığmaya götürürdülər?
- Niyə?
- Mən onları axtardım. Əlaqələrim var idi, bilirsiniz ki, mən özüm də ağır atlet olmuşam. Dünyaca tanınmış məşqçi Enver Türkilərinə zəng etdim. Enver Türkiləri Türkiyənin 3 qat olimpiya çempionu Halil Mutlunun, əfsanəvi Naim Süleymanoğlunun və bir çox dünya rekordçularının məşqçisi olub.
Ona zəng edən kimi dedi ki, buyur gətir.
- Nicatı ilk görəndə nə dedilər? Onun üçün sınaq məşqi keçirildi?
- Bəli. Qazaxıstanın baş məşqçisi ilə də danışdım. O da dedi, gətir Enver Türkileri bir dəfə baxsın, qərar verəcək.
Düzdür, Nicatı tanıyırdılar, çünki Azərbaycanda olarkən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi, İspaniyanın Valensiya şəhərində keçirilən Avropa çempionatının qızıl medalçısı olub.
Mən də Nicatı apardım onların yanına…
Enver Türkileri maşından düşüb əlini kürəyimə qoyub dedi ki, "mən Almatıdan getmək, Türkiyəyə qayıtmaq istəyirdim. Amma mən sırf Nicat üçün burada qalıram, müqaviləmi uzadıram”.
- Əli müəllim, sizcə Nicat burada qalsaydı, çempion ola bilərdimi?
- Xeyr, desəm ki, çempion olardı, həmin nailiyyətləri verərdi, yalan olar. Burada qalsaydı, nəinki olimpiya çempionu olardı, bəlkə idman aləmindən də uzaq düşərdi. Çünki Azərbaycan ağır atletikasının hazırki vəziyyəti göz önündədir. Biz 3 il bundan qabaq demişdik ki, ağır atletikamız uçuruma gedir. Nicat da, mən də müsahibələrimizdə bu problemdən danışmışdıq. Demişdik ki, Azərbaycan ağır atletikası sıfıra enəcək.
Bu səbəbdən də mən övladımı götürüb perspektivi olan yerə apardım. Bizim idmana dövlət tərəfindən, prezident tərəfindən qayğı böyükdür. Amma buna baxmayaraq, bəzi məmurların şəxsi mənafeyi üzündən bu qayğı nəticəsiz qalır, biabırçı hallar olur.
"Nicatın getməsinə şərait yaratdıqları üçün onlara təşəkkür etdim”
- Nicatı Qazaxıstana aparmazdan öncə iradlarınızı rəhbərliyə kimi çatdırmışdımız?
- Federasiyanın rəhbəri Cahangir Əsgərovun özü ilə görüşə bilməsəm də, onun quruma icraçı direktor təyin etdiyi İsgəndər Əsgərova öz sözümü demişdim (İsgəndər Əsgərov Cahangir Əsgərovun qardaşı oğludur - red.)
İndi isə elə ilk növbədə İsgəndər Əsgərova təşəkkür edirəm ki, Nicatı Qazaxıstana aparmağıma səbəb oldu.
Çünki federasiya bizə o "şəraiti” yaratdı, Nicat da Azərbaycandan çıxıb getdi.
- Lakin Nicatın qələbəsindən sonra İsgəndər Əsgərov özü heç bir açıqlama vermədi...
- Çünki onun üzü yoxdur nəsə desin. Hansı üzlə danışa bilər!?
- Əli müəllim, bu gün AAAF Nicatı yenidən geri istəyə bilərmi?
- Nicatı istəməklə deyil, gərək Nicatın özü istəsin. Qayıdıb, qayıtmayacağını isə gələcək göstərər. Nicat azərbaycanlıdır, azərbaycanlı olaraq da qalır. Onun vətəni, torpağı Azərbaycandır. O, Azərbaycan məktəbinin yetirməsidir, bizim dövlət başçısının qayğısı nəticəsində yetişib. Nicat yeniyetmələrin olimpiya çempionu olanda prezidentin ona ev mükafatı verərkən çəkilmiş şəkli var. Mən fəxr edirəm ki, oğlum Azərbaycan prezidenti ilə yan-yanadır.
Bəzi mətbuat orqanları Nicatın müsahibəsindən bir sözü bayraq ediblər ki, "Azərbaycana qonaq kimi gələ bilərəm”.
Niyə qayıtmır?! Burada doğulub, buranın qayğısı nəticəsində idmana addım atıb. Amma indi tale elə gətirib ki, Nicat Qazaxıstandadır.
Bunun nəyi pisdir? Qazaxıstan prezidenti Nicatı təbrik edərkən deyib ki, "Qazaxıstan xalqı səninlə qürur duyur”. O zaman biz niyə qürur duymayaq?
- Bilirsiniz ki, bir müddət əvvəl ağır atletlərlə bağlı dopinq qalmaqalı yaşandı. Məlum oldu ki, məşqçilər idmançılara qadağan olunmuş dərman preparatları veriblər. Nicat burada olarkən onu da qadağan olunmuş dərmanlardan istifadəyə məcbur edirdilər?
- Bəli, ağır atletika millimizin keçmiş baş məşqçisi Zlatan Vanev şəxsən məni Şeraton otelə çağırıb, bu barədə deyib. Onda razılaşmamışam. Sonra İsgəndər Əsgərov özü mənə neçə dəfə zəng edib deyib, razılaşmamışam. Demişəm olmaz. Mən hətta Zlatan Vanevə tapşırıq vermişdim ki, əgər oğluma qanunsuz dərmanlar versəniz, məndən inciməyin.
Bundan sonra Nicatgil İsmayıllıda olarkən ona dərman veriblər. Onu da Nicat özü mənə dedi. Oğluma 2-3 gün vitamin adı ilə dərman veriblər. Bununla da Nicat bir dəfə dopinqdə tutuldu.
"İndi də deyirlər vəhhabidir”
- Amma Nicat gedəndən sonra haqqında xoş olmayan söhbətlər dolaşmağa başladı...
- Biz öyrənmişik yıxılana balta vurmağa. İndi də bəzi "ağzıgöyçəklər” Nicata saqqalına görə vəhhabi adı qoyublar. Onun saqqalının dinlə, yaxud vəhhabiliklə əlaqəsi qətiyyən yoxdur.
Nicat burada olanda da saqqalı var idi, onun üzündən tük çıxan vaxtdan saqqal saxlayır. Burada olanda niyə demirdilər?
Ona vəhhabi adı qoyanlar finalda Nicatın zəfər rəqsini izləmədi? Vəhhabilər üçün musiqi haram hesab edilir. Vəhhabidirsə sonda etdiyi rəqs nə deməkdir? Vəhhabilik hara, bu "ləzginka” hara? Oğlumu qaralamaq üçün indi də belə şeylərə əl atırlar…
- Məlumat yayıldı ki, İsgəndər Əsgərov o vaxt deyib ki, "Nicatın atası çörəkçidir, o da çörəkçilik etsin”… Bunu sizə demişdi?
- Bəli. Əvvəlcə onu deyim ki, mən ağır atletikada olmuşam. Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişəm. Amma bu sahədə işləyə bilməyəcəyimi bilirdim. Savadım o dərəcədə deyildi ki, mən gedib tarix müəllimi işləyim. Oranı da idmanın sayəsində bitirmişəm. Hərə bir şeylə çörək pulunu qazanırdı, mən də 1998-ci ildən çörək işinə baxıram. Bunun nəyi pisdir? İsgəndər kimi haram çörək yemirəm, kiminsə puluna "hoppanıb, tullanmıram”.
- Bəs onun bu məsələni qabartmaqda məqsədi nə ola bilərdi?
- Özünü təmizə çıxartmaq, indi danışsın da… Niyə mətbuatdan qaçır? Nə deyə bilər axı?
"Baş məşqçi oğlumu və komandanı bara aparmışdı”
- İsgəndər Əsgərovu haradasa görsəniz, ona nə deyərdiniz?
- Heç nə, sadəcə təşəkkür edərəm. Bir az öncə də dediyim kimi, o dönəmdə bu həngamələri çıxartmasaydılar, Nicatı götürüb aparmazdım.
Sizə bir şeyi də deyim. Nicatı aparmazdan qabaq Gənclər və İdman Nazirliyində oldum.
Rəhmətlik Mirkamil müəllim var idi, onun qəbulunda olub söhbət etdim. Məndən soruşmuşdu ki, "Əli, niyə bir tək sən edirsən bunu? Axı o biri idmançıların da valideynləri nə isə deyə bilərdi? Nəyə görə bir tək sən şikayətini dilə gətirirsən?” Dedim çünki mən idmançı olmuşam, görürəm oradakıları. O birilərinin valideynləri rayondadılar, uşaqlarını göndəriblər, arxayındırlar.
İsgəndər müəllim bilmirdi ki, mən "Spartak”ın baş məşqçisi olmuşam, Azərbaycan yığma komandasında, Keçmiş SSRİ-də çıxış etmişəm.
Bir dəfə gecə saat 2-də mənə zəng gəldi ki, oğlun Şüvəlanda komanda ilə birgə bardadır, yeyib-içir. Həmin dəqiqə İsgəndər Əsgərova zəng etdim ki, "İsgəndər müəllim, mənim bir oğlum var. Onu da Azərbaycan Ağır Atletika Federasiyasına əmanət etmişəm. Mənim oğlumun gecə saat 2-də barda nə işi var?!”
Cavabı nə olsa yaxşıdır? "Bunlar həftədə bir-iki dəfə dincəlmək üçün bara gedirlər”. O zaman dedim ki, mən oğluma icazə vermirəm.
Baş məşqçi də onlarla idi. Hamısını yığıb aparırdı bara, restorana. Həftədə 4 dəfə oğlumun məşqinə gedirdim. Nə vaxt otağına gedirdin, görürdün ki, baş məşqçi qızları, oğlanları otağına yığıb, viski içir, siqaret çəkir. Bunu mən dəfələrlə dedim, amma görünən odur ki, onlara belə sərf edirmiş. Mən onlara lazım deyildim.
- Əli müəllim, Nicatın məşqçiləri kimlər olub?
- Nicatın buradakı məşqçisi özüm olmuşam, bir də Nizami Paşayev. Başqa heç kim "Nicat mənim tələbəmdir” deyə bilməz.
- Peşəkar idmanda zədə qaçılmazdır. Bəs ağır atletlərimiz zədə alanda xərcləri AAAF qarşılayırdı, ya özünüz ödəyirdiniz?
- İsgəndər müəllim mənə deyib ki, müalicə və müayinəsinə biz pul verə bilmərik, get özün elətdir. Düzdür, Nicatın zədəsi olmayıb, sadəcə dizində ağrılar olub. Bir ağrı olan kimi mən onu həmin an həkimə aparmışam. MRT - yə saldırmışam. Bir ayağın MRT-si 148 manat idi. Gömrük Hospitalında həkim müayinəsinə öz hesabıma aparırdım. Sadəcə bir dəfə federasiya ona həmin pulu vermişdi. Sonradan Zlatan Vanev deyirdi ki, federasiya onun müalicəsi üçün pul ayırdı. Bir dəfə etdilər, onu da başımıza qaxdılar.
Ondan sonra nə olubsa, özüm etmişəm. Mən federasiya pul ayırmayıb demirəm. Ola bilər ki, Cahangir müəllimdən bu işlər üçün pul alıb, nəyəsə xərcləyiblər, orasını artıq mən bilmirəm.
Aygün İLQARQIZI
AzNews.az
Oxşar Xəbərlər
“Dedilər, sən çörəkçisən, oğlun da getsin çörəyini bişirsin” "Didərgin" çempionun atası-VİDEO
Erməni idmançının qolu qırıldı - Dəhşətli fotolar
Bacısının başını kəsən qız... - Atası hakimdən nə xahiş etdi?
Şərq döyüş növlərinin Azərbaycan əfsanəsi
Xəbər lenti
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq