8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bəzi KİV-də sentyabrın 14-də bir qrup vətəndaşın, o cümlədən Alya Təmrazova, Sevda Süleymanova, Mətanət Mahmarzayeva və başqalarının prokurorluq orqanları əməkdaşları tərəfindən guya onların müraciətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılan problemlərin həll edilməməsinə etiraz əlaməti olaraq Baş Prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçirmələri barədə informasiyalar yayılıb:
"Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur. Belə ki, qeyd edilən vətəndaşlar Baş prokuror tərəfindən şəxsən qəbul edilərək şikayətləri dinlənilib və müraciətlərində qaldırılan məsələlərin həlli üçün Baş Prokurorluğun aidiyyəti vəzifəli şəxslərinə konkret tapşırıqlar verilib”.